Icma.az
close
up
RU
Federasiya rəsmisi: Bakıda Bilyard Akademiyasının yaradılması inkişaf strategiyamızın bir hissəsidir

Federasiya rəsmisi: Bakıda Bilyard Akademiyasının yaradılması inkişaf strategiyamızın bir hissəsidir

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Bakıda akademiyanın yaradılması Azərbaycan Bilyard Federasiyasının (ABF) uzunmüddətli inkişaf strategiyasının bir hissəsidir.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında ABF-nin Marketing üzrə direktoru Mir Azad Əliyev deyib.

O, qurumun Bilyard Akademiyası yaratması ilə bağlı fikirlərini bölüşüb: "Bu təşəbbüs ölkədə bilyard idmanını peşəkar səviyyədə inkişaf etdirmək, milli komanda üçün müasir və daimi məşq şəraiti yaratmaq məqsədi ilə reallaşdırılıb. Uzun illər ərzində bu idmana marağın artması və gənc nəslin bu sahəyə cəlb olunması bizi daha sistemli, davamlı şəkildə iş aparmağa sövq etdi. Akademiyanın yaranması həm də beynəlxalq arenada daha güclü nəticələr əldə etmək niyyətimizin real göstəricisidir".

Direktor akademiyaya bir neçə idmançının cəlb olduğunu söyləyib: "Hazırda Bilyard Akademiyasında müxtəlif yaş qruplarından olan idmançılar məşq proseslərinə cəlb edilib. Onların sırasında həm milli komandanın üzvləri, həm də perspektivli yeniyetmələr yer alır. Əlavə olaraq, yeni başlayanlar üçün xüsusi proqramlar hazırlanıb və bu istiqamətdə qeydiyyat davam edir. Son illərdə Azərbaycanda bilyarda maraq artmaqdadır və bu bizi sevindirir. Lakin daha geniş kütlələrə çatmaq və bu idman növünü regionlarda da təbliğ etmək üçün hələ görüləcək işlər çoxdur. Əsas məqsədimiz bilyardı sadəcə əyləncə deyil, həm də ciddi idman növü kimi təqdim etməkdir. Akademiyanın fəaliyyəti də məhz bu istiqamətdə ciddi bir addımdır".

Federasiya rəsmisi qarşıdakı hədəflərdən də söz açıb: "Əsas hədəfimiz beynəlxalq turnirlərdə uğurlar qazanmaq və Azərbaycanı dünya bilyard ictimaiyyətində layiqincə təmsil etməkdir. Qarşıda bir neçə vacib beynəlxalq çempionat var və idmançılarımız bu yarışlara ciddi şəkildə hazırlaşırlar. Eyni zamanda, gənc və istedadlı oyunçuların üzə çıxarılması və onların peşəkar səviyyəyə çatdırılması da prioritetlərimiz sırasındadır. Bu hədəflərə çatmaq üçün həm federasiya, həm də akademiya olaraq səylə çalışırıq".

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 İyun 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see212

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see207

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see177

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see169

Nazirin keçmiş müşavirinə yeni vəzifə verildi

12 Noyabr 2025 17:13see167

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see156

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see142

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see141

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see137

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see130

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri