Icma.az
close
up
RU
Fəlakət ssenarisi: 39 ildən sonra təkrarlana bilər Milyonlarla insan təhlükədə

Fəlakət ssenarisi: 39 ildən sonra təkrarlana bilər Milyonlarla insan təhlükədə

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna və Rusiya arasında davam edən müharibə daha təhlükəli mərhələyə qədəm qoyub. Belə ki, oktyabrın 6-dan 7-nə keçən gecə Kiyevə məxsus pilotsuz uçuş aparatı Novovoronej Atom Elektrik Stansiyasının (AES) soyuducu qülləsinə zərbə endirib. Bundan əvvəl isə Ukrayna Zaporojye AES-in ərazisini hədəfə almışdı. Digər tərəfdən, Moskva buna cavab olaraq Kiyevin atom elektrik stansiyalarına hücum etməyəcəyini bildirsə də, son hadisələr nüvə təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar doğurur.

Bu hücumlar nüvə təhlükəsizliyi baxımından region və dünya üçün hansı riskləri yaradır?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, nüvə obyektlərinin döyüş meydanına çevrilməsi həm region, həm də bütün dünya üçün ciddi təhlükə siqnalıdır:

“Əvvəla, bu hücumlar nüvə təhlükəsizliyi sisteminin beynəlxalq miqyasda sarsılması deməkdir. Atom elektrik stansiyaları istənilən partlayış və ya texniki zədələnmə halında radioaktiv maddələrin sızması ilə nəticələnə bilər. Novovoronej və Zaporojye kimi strateji stansiyaların ətrafında onlarla milyon insan yaşayır. Burada baş verəcək qəza Çernobıl (1986) və Fukusima (2011) kimi fəlakətlərin miqyasını çox rahatlıqla ötə bilər. Belə bir hadisənin təkcə Rusiya və Ukraynanı deyil, bütövlükdə Avropanı təsir altına salması mümkündür. Bununla yanaşı, bu hücumlar Beynəlxalq Atom Enerjisi Agentliyinin monitorinq mexanizmlərinin səmərəliliyini də sual altına qoyur. Agentlik dəfələrlə xəbərdarlıq etsə də, tərəflərin hərbi məqsədlərlə bu obyektləri istifadə etməsi və ya hədəfə alması beynəlxalq nüvə təhlükəsizliyi konvensiyalarının faktiki pozulması anlamına gəlir. Bu isə gələcəkdə digər regional münaqişələrdə də oxşar risklərin normaya çevrilməsi ehtimalını artırır”.

Züriyə Qarayeva

Politoloq qeyd edib ki, nüvə obyektlərinə hücum həm ekoloji, həm də iqtisadi baxımdan çoxqatlı zərbə effekti doğura bilər:

“Radioaktiv sızma nəticəsində çirklənmə su hövzələrinə, torpağa və atmosferə yayılarsa, qida zəncirinə qədər təsir göstərə bilər. Bundan əlavə, Rusiya və Avropanın enerji bazarlarında panikanın, neft və qaz qiymətlərində kəskin dəyişikliklərin, investor etimadında azalmanın müşahidə olunması mümkündür. Yəni məsələ təkcə hərbi deyil, həm də qlobal iqtisadi sabitliklə bağlıdır. Nəhayət, bu hadisələr “nüvə şantajı” ritorikasının praktik fazaya keçməsi deməkdir. Hər iki tərəf nüvə riskini qarşı tərəfə təzyiq vasitəsinə çevirir. Bu isə təkcə müharibənin miqyasını genişləndirmir, həm də beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır. Əgər bu tendensiya davam edərsə, nüvə obyektlərinin qorunması ilə bağlı indiki beynəlxalq hüquq normaları artıq reallığa cavab verməyəcək və qlobal təhlükəsizlik sisteminin yenidən dizaynı zərurəti yaranacaq.

Beləliklə, Ukrayna və Rusiya arasındakı son hücumlar sadəcə taktiki hərbi əməliyyat deyil, nüvə təhlükəsizliyinin beynəlxalq səviyyədə çökmə riski ilə müşayiət olunan yeni, çox təhlükəli mərhələnin başlanğıcıdır. Bunun qarşısını almaq üçün beynəlxalq təşkilatlar real nəzarət mexanizmləri tətbiq etməli, nüvə infrastrukturlarının hərbi hədəf kimi istifadə olunmasına dair beynəlxalq hüquqi sanksiya mexanizmlərini işə salmalıdır. Əks halda, lokal müharibə qlobal ekoloji və humanitar fəlakətə çevrilə bilər”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri