Fələstin Dövlətini tanımasının Qəzzadakı soyqırımın dayandırılması istiqamətində irəliləyiş olacağına ümid edirlər
Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin hücumları və blokadası altında olan Qəzza zolağında yerindən edilən fələstinlilərdən bəziləri Fələstin Dövlətinin müxtəlif ölkələr tərəfindən tanınmasını önəmli bir addım və qələbə kimi qiymətləndirərkən, digərləri bunun heç nəyi dəyişməyəcəyini düşünür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, İsrail ordusunun Qəzza şəhərini işğal etmək məqsədilə hücumlarını gücləndirməsindən sonra fələstinlilər piyada, at arabası və ya velosipedlərlə “işgəncə və ölüm” adlandırdıqları məcburi köçə məruz qalırlar.
Qəzzanın şimalından cənubuna qədər uzanan sahil yolunda təhlükəsiz bir yer axtarışında olan fələstinlilər, son dövrlərdə müxtəlif ölkələrin Fələstin Dövlətini tanımasının Qəzzadakı soyqırımın dayandırılması istiqamətində irəliləyiş olacağına ümid edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Sentyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















