Icma.az
close
up
RU
Fələstinin tanınması İsrailin törətdiyi cinayətlərə görə beynəlxalq təzyiqlərin artması deməkdir

Fələstinin tanınması İsrailin törətdiyi cinayətlərə görə beynəlxalq təzyiqlərin artması deməkdir

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMT baş katibi Antonio Quterreş bildirib ki, Fələstin xalqı üçün dövlətçilik hüquqdur və bunu inkar etmək ekstremistlərə hədiyyə olar. O, iki dövlətli həllin yeganə çıxış yolu olduğunu vurğulayıb: hər iki dövlət üçün paytaxtı Qüds olmaqla, 1967-ci sərhədləri çərçivəsində müstəqil Fələstin Dövləti yaradılmalıdır.

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, BMT-nin baş katibi Antonio Quterreşin çox tarixi və mühüm sözləri oldu:

"O, bəyan etdi ki, Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur. Bu hüququ inkar etmək isə bütün dünyada ekstremistlərə hədiyyə olardı. Bu fikir olduqca əhəmiyyətlidir, çünki Antonio Quterreş təsadüfi şəxs deyil, dünyanın bir nömrəli siyasi platforması olan beynəlxalq təşkilatın, BMT-nin baş katibidir. Maraqlıdır ki, o, bu bəyanatı məhz BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci yubiley toplantısı ərəfəsində səsləndirib. Təbii ki, bu bəyanat bütün dünyada sürətlə rəğbətlə qarşılanır və getdikcə daha çox tərəfdar qazanır. Hətta Böyük Yeddilik ölkələri tarixlərində ilk dəfə olaraq Fələstin dövlətinin tanınmasına qərar verdilər. Bu addım, bir növ, Fələstində davam edən genosidin qarşısının alınması və həmin genosidin pislənilməsinə cavab tədbiri kimi də qiymətləndirilə bilər".

Deputat qeyd etdi ki, xüsusilə Böyük Britaniya, Avstraliya və Fransanın yəni, dünyanın aparıcı dövlətlərinin Fələstini tanıdıqlarını bəyan etməsi digər ölkələrin də bu prosesə qoşulacağını göstərir:

"Artıq aydındır ki, Fələstin dövlətinin paytaxtı Şərqi Qüds olmaqla tanınmasının qarşısını almaq mümkün olmayacaq. Proses artıq başlayıb. ABŞ və İsrailin buna qarşı bütün əks tədbirləri, hətta ABŞ-nin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadəsi belə, Fələstin dövlətinin müstəqil, hüquqi subyekt və suveren dövlət kimi tanınmasına mane ola bilməyəcək. Artıq bir daha məlum olur ki, BMT Baş Assambleyası, BMT-nin baş katibi Quterreş və dünya liderləri Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasının yolverilməz olduğunu vurğulamaqla yanaşı, bunun genosid xarakteri daşıdığını da təsdiqləyirlər. Bu isə İsrailin törətdiyi cinayətlərə görə beynəlxalq izolyasiyasının və ona qarşı təzyiqlərin artması deməkdir".

Müsahibimiz hesab edir ki, hazırkı gedişat, inkişaf bütövlükdə beynəlxalq ictimaiyyətin dəstəklədiyi iki dövlət prinsipinə, yəni hər iki dövlətin mövcudluğu və qonşuluq şəraitində yaşaması prinsipinə tamamilə uyğundur.

"Yalnız İsrail, ABŞ və onların azsaylı tərəfdarları bu prosesin əleyhinə çıxır. Lakin artıq bütün dünya öz qərarını verib və Fələstin dövlətinin tanınması, onun beynəlxalq hüququn və beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvü olması qaçılmazdır. Bu proses artıq reallığa çevrilir", - deyə Tural Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri