“Fələstinin tanınması Yaxın Şərqdə davamlı sülhün yeganə yoludur” Rebelo de Souza
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Portuqaliya prezidenti Marselo Rebelo de Souza Fələstin Dövlətinin bütün hüquqları ilə birlikdə rəsmi tanınmasının Yaxın Şərqdə davamlı sülhün yeganə yolu olduğunu deyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rebelo de Souza bu barədə Fransa və Səudiyyə Ərəbistanının rəhbərliyi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında təşkil edilən Fələstin probleminin həlli yollarının tapılması və iki dövlətli həllin həyata keçirilməsinə dair yüksək səviyyəli beynəlxalq konfransda çıxışında bildirib.
“Portuqaliya olaraq biz Fələstinin tanınmasını, sülh, ədalət və sabitlik üçün iki dövlətli həllin tərəfdarıyıq”, - o deyib.
Bundan əlavə, Portuqaliyanın xarici işlər naziri Paulo Rangel dünən Portuqaliyanın BMT-dəki Daimi Nümayəndəliyindəki çıxışında Fələstin Dövlətini rəsmən tanıdıqlarını açıqlayıb.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 23 Sentyabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















