Icma.az
close
up
RU
“Femin Art” Beynəlxalq Qadın Rəssamların sərgisi Bakıda Mədəniyyət və sülhün birliyi

“Femin Art” Beynəlxalq Qadın Rəssamların sərgisi Bakıda Mədəniyyət və sülhün birliyi

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

9 may 2025-ci il tarixində Bakının incəsənət məkanlarından biri olan Sedet Art Galeridə, Femin Art Beynəlxalq Qadın Rəssamlar Dərnəyinin Türkiyədən gələn nümayəndələrinin iştirakı ilə möhtəşəm beynəlxalq sərgi keçirildi. Sərgi qadın sənətçilərin yaradıcılığını təqdim etməklə yanaşı, beynəlxalq mədəni əməkdaşlıq və dünya sülhü ideyasına xidmət edən bir platformaya çevrildi.

Tədbirdə Azərbaycanın tanınmış ziyalıları, incəsənət adamları, media nümayəndələri və gənc rəssamlar iştirak etdilər. Sərgidə nümayiş olunan əsərlər qadın ruhunun dərinliklərini, yaradıcı gücünü və bəşəri dəyərlərə olan bağlılığı əks etdirirdi.

Sərginin açılış mərasimində çıxış edən Femin Art təşkilatının rəhbəri Şükran Üst belə tədbirlərin qadın sənətçilərin beynəlxalq aləmdə tanınması və qadınların sənət vasitəsilə bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirdi.

Femin Art Azərbaycan təmsilçisi Nagiya Rzayeva çıxışında qadın sənətçilərin həmrəylik və əməkdaşlıq mühitinin daha da genişləndirilməsinin zəruriliyini vurğuladı.

UASB Azərbaycan təmsilçisi, rəssam və kurator Nəvai Metin Məmmədoğlu isə bu layihələrin yalnız incəsənət üçün deyil, dünya sülhü üçün də böyük bir addım olduğunu bildirdi və gələcəkdə sərginin Türkiyənin Trabzon şəhərində davam etdirilməsi təklifini irəli sürdü. Bu ideya iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Sərgidə iştirak edən Türkiyəli rəssamlar – Songül Çelik, Gülsen Sayıtoğlu, Şeyda Sözen və Şengül Bişiren öz çıxışlarında Azərbaycan tərəfinin göstərdiyi qonaqpərvərliyə və təşkilati dəstəyə görə təşəkkür etdilər. Onlar bu beynəlxalq əməkdaşlığın yeni sərgilər və layihələrlə davam edəcəyinə ümid etdiklərini bildirdilər.

Tədbirin sonunda “Dünyanın 100 Qadın Rəssamı” adlı beynəlxalq kataloqa daxil olan qadın sənətçilərə rəsmi şəkildə kataloq nüsxələri və sertifikatlar təqdim edildi. Kataloqda dünyanın müxtəlif ölkələrindən qadın rəssamların əsərləri ilə yanaşı, Azərbaycanın ilk qadın rəngkarı – Vəcihə Səmədovaya da xüsusi yer ayrılıb.

Sərgi çərçivəsində yerli və xarici sənətçilər arasında fikir mübadiləsi aparıldı, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olundu. Tədbir xatirə fotolarının çəkilməsi və sənət dostluğunun təsdiqi ilə yekunlaşdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 May 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri