Fənər in infeksiya üzündən əməliyyat olunan kapitanının vəziyyəti nə yerdədi?
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
''Fənərbaxça''nın təcrübəli futbolçusu və kapitanlarından biri olan Mərt Hakan Yandaşın şanssız bir infeksiya üzündən əməliyyat olunduğunu xəbər vermişdik.
Yandaş ayağına vurdurduğu döymədən sonra həmin yerə infeksiya düşmüş və onun vəziyyəti pisləşməyə başlamışdı. 30 yaşlı yarımmüdafiəçi həkimlərin məsləhəti ilə bıçaq altına yatmalı olmuşdu. Mərtlə bağlı yeni xəbərlər var. Bir müddət öncə ''Oda TV'' futbolçunun durumunun çox ciddi olduğunu və hətta onun ayağının amputasiya ediləcəyini iddia etmişdi. Amma bu iddia klub tərəfindən rəsmən təkzib olundu. Klubun adı açıqlanmayan bir rəsmisi mətbuata ''bu, böyük bir bəxtsizlikdi, çünki milyonda bir yaşanan hadisədi'' açıqlamasını verib. Ancaq ''Milliyət'' nəşrinin son paylaşdığı xəbərə görə Mərt Hakan Yandaşın durumu yaxşılaşmağa doğru gedir. 1 aya yaxındı, xəstəxanada olan futbolçunun yaxın günlərdə evə buraxılacağı gözlənilir. Ancaq onun məşqlərə nə vaxt başlayacağı ilə bağlı məlumat verilmir.
Qeyd edək ki, 2020-ci ildən ''Fənər''in şərəfini qoruyan və əsas heyətə düşməkdə çətinlik çəkən Mərt Hakan bu mövsüm 27 qarşılaşmaya çıxaraq aktivinə 1 qol, 4 məhsuldar ötürmə yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 15 May 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















