Fənərbağça və Qalatasaray ın sabiq futbolçusu: Bakı dünya çempionatına çox gözəl hazırlaşıb
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda keçirilən dünya çempionatının təşkilatçılığı Bosniya və Herseqovina minifutbol yığmasının məşqçisi Elvir Boliçin çox xoşuna gəlib.
Ölkə.Az xəbər verir ki, Türkiyənin "Fənərbağça" və "Qalatasaray" klublarının sabiq futbolçusu Elvir Boliç bu barədə "Report"a açıqlama verib.
"Azərbaycanı görmək mənim üçün maraqlı idi. Ona görə ölkənizə gəldim. İlk dəfədir ki, Bakıdayam və təəssuratlarım çox gözəldir. Şəhəri gəzmək imkanım oldu, hər şey maraqlıdır. Burada möhtəşəm qonaqpərvərliyin şahidi olduq. İnternet vasitəsi ilə təşkilatçılığı izləyirdim. Bakı dünya çempionatına çox gözəl hazırlaşıb. Milli Gimnastika Arenasına söz ola bilməz. Türkiyə mənim üçün əzizdir, Azərbaycana da hörmətim böyükdür. Əminliklə söyləyə bilərəm ki, Bakıya yenə gələcəm", - deyə Boliç bildirib.
O, H qrupunun II turunda Qazaxıstan ilə bərabərə qaldıqları (1:1) oyunu şərh edib:
"İlk oyunda, ABŞ üzərində qələbə qazanmışdıq. Qalibiyyət seriyamızı davam etdirmək istəyirdik. İnanırıq ki, qrupdakı son görüşümüzdə 3 xal əldə edəcəyik. Bakıya böyük ümidlərlə gəlmişik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 24 May 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















