“Fənərbaxça” 2 ulduzundan məhrum olacaq “Roma” ilə oyunu buraxacaqlar
Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Fənərbaxça”nın futbolçusu Marko Asensio UEFA Çempionlar Liqasının liqa mərhələsində “Roma”ya qarşı keçiriləcək görüşdə iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə “Takvim” nəşri məlumat yayıb.
İspaniyalı ulduzun İstanbul təmsilçisinin heyətində “Roma” ilə matça çıxmayacağı dəqiqləşib.
Asensionun Superliqada “Qaziantep FK” ilə qarşılaşmada meydana çıxıb-çıxmayacağı isə hələ məlum deyil. Futbolçunun vəziyyəti qarşıdakı günlərdə yenidən qiymətləndiriləcək.
Asensiodan əlavə Matteo Genduzi də “Roma” ilə görüşü buraxacaq. Fransalı yarımmüdafiəçi UEFA tərəfindən “Lion”la oyunda yaşanan hadisələrə görə 4 oyunluq cəzalandırılıb. Cəzanın 2 oyunu bir illik sınaq müddətinə salınıb. Bu səbəbdən Genduzi “Roma” və “Aston Villa” ilə qarşılaşmalarda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Fənərbaxça” – “Roma” qarşılaşması sentyabrın 10-da Bakı vaxtı ilə saat 20:45-də keçiriləcək.
“Milan”ın sabiq futbolçusu butslarını "mismardan asdı" Türkiyədə tarixi təyinat – 22 yaşlı qadın baş məşqçi oldu Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm” “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES” İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 09 Sentyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















