Icma.az
close
up
RU
Fənərbaxça Benfika və Kərəm ilə bacara bilmədi

Fənərbaxça Benfika və Kərəm ilə bacara bilmədi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

''Fənərbaxça'' Portuqaliya toplanışını başa vurub.

"Football-plus.az" xəbər verir ki, toplanışın 4-cü və sonuncu oyununda İstanbul nəhəngi ''Benfika'' ilə qarşılaşıb.
''Da Luj'' stadionunda keçirilən və formal xarakter daşıyan ''Eysebio Kuboku'' çərçivəsində baş tutan oyunu 55 mindən çox azarkeş izləyib. Joze Mourinyo komandasını bu heyətlə meydana buraxıb: Livakoviç, Mərt Müldür, Çağlar Söyüncü, Oostervolde, Braun, Fred Amrabat, İrfan Can Kahveci, Şimanski, Oğuz Aydın, Ən-Nəsiri.
Fasilədə, eləcə də ikinci hissənin gedişində bu futbolçular meydana çıxıb: İrfan Can Eğribayat, Duran, Yusuf Akçiçək, Ciku, Bartuğ Elmaz, Levent Mercan, Mimoviç, Cenk Tosun.
Hesabı ''Benfika''nın türkiyəli ulduzu Kərəm Aktürkoğlu açıb. ''Qalatasaray''ın sabiq üzvü 37-ci dəqiqədə ''Fənər''li müdafiəçilərin mövqe səhvindən istifadə edərək qapıçı ilə təkbətək dueldən qalib ayrılıb. Lissabon nəhəngi çox keçmədən fərqi iki topa yüksəldib. Bu dəfə yeni transfer Arçi Braun avtoqol müəllifi olub. Sonrakı dəqiqələrdə fəallaşan ''Fənər'' hələ fasiləyə qədər qollardan birinin əvəzini çıxıb. İrfan Can Kahveci yerlə topu qapıçı üçün əlçatmaz nöqtəyə göndərib.
Bir saatın tamamında isə Ən-Nəsiri qapıçı ilə təkbətək çıxdığı epizodda fürsəti boşa verməyib. Amma son sözü meydan sahibləri söyləyib. 81-ci dəqiqədə standard zərbə zamanı Otamendinin başla qapı önünə göndərdiyi topu Arauxo bir toxunuşla tora göndərib. Bütün oyun ərzində olduğu kimi bu epizodda da ''sarı-lacivərdlilər''in müdafiə xətti inamsız təsir bağışlayıb.
Beləliklə, ''Fənər'' bu yay ilk dəfə yoxlama oyununda məğlub olub. Komanda daha öncə İstanbulda ''Fatih Karagümrük''lə 2:2 bərabərə qalmış, Portuqaliyada isə ilk 3 matçda ''Portimonense''ni 2:1, ''Uniao Leyriya''nı 2:0, ''Əl-İttihad''ı 4:0 məğlub etmişdi.
Bu gün İstanbula qayıdan ''Fənər'' iyulun 30-da ''Latsio'' ilə yoxlama matçında qarşılaşacaq. Avqustun 5-də isə komandanı Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə ''Feyenoord''a qarşı oyun gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 İyul 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri