Icma.az
close
up
RU
“Fənərbaxça” sevimli rəqibini məğlub edə bilmədi

“Fənərbaxça” sevimli rəqibini məğlub edə bilmədi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tur “Beşiktaş”ın şok məğlubiyyəti ilə başladı. Halbuki “qartal” ötən tur evdə “İstanbul BŞ” üzərində əzmkar qələbə qazanmış və İzmirə yüksək əhval-ruhiyyədə yollanmışdı.

“Göztəpə” güclü rəqibə qənim kəsilməkdə davam edir. Stonimir Stoylovun komandası ötən mövsüm kubok da daxil olmaqla “ağ-qaralar”ı hər üç rəsmi oyunda məğlub etmişdi. Göründüyü kimi, bu dəfə 3 cavabsız qolla bu qələbə seriyası 4-ə yüksəldi! “Göztəpə” evdə “Beşiktaş”ı 3 top fərqi ilə sonuncu dəfə 1969-un mayında (3:0) məğlub etmişdi. Yeri gəlmişkən, daha yaxşı top fərqinə malik olduğu üçün həftəni 2-ci pillədə tamamlayan İzmir klubu 1967/68-dən bəri ilk dəfə superliqada mövsümün ilk 6 turunu məğlubiyyətsiz başa vurdu. 4 tura cəmi 6 xal toplayan “Beşiktaş” isə 11-ci pilləyə gerilədi.
Şənbə və bazar günü keçirilən oyunlar məhsuldar alınmadı. 7 oyunun yalnız birində 2-dən artıq qol vuruldu. İlk 5 turda uduzan və tura sonuncu pillədə daxil olan debütant “Gənclərbirliyi” mövsümdə ilk qələbəsini “Eyüpspor”la matçda əldə etdi. “Antalyaspor” “Kayserispor”la ev oyununda qələbəni son saniyələrdə əldən verdisə, “Trabzonspor” “Qaziantep”lə ev matçında favorit statusunu doğrulda bilmədi. Fasiləyə geridə yollanan Fatih Təkkənin komandasının gücü yalnız məğlubiyyətdən qurtulmağa çatdı. Yeri gəlmişkən, “Yunayted”dən icarəyə götürülən tanınmış kamerunlu qapıçı Andre Onananın hesabına məhsuldar ötürmə yazması diqqəti çəkdi. Burak Yılmazın çalışdırdığı Antep təmsilçisi superliqada Trabzon səfərində keçirdiyi 7-ci oyunda ilk dəfə xal qazandı.
Bazar gününün qarşılaşmaları da heç-heçələrlə start götürdü. Hələ də qələbəsi olmayan debütant “Kocaelispor” evdə “Çaykur Rizəspor”la heç-heçə oynadısa, doğma meydanda “Alanyaspor”un müqavimətini qıra bilməyən “İstanbul BŞ” Nuri Şahinin rəhbərliyi altında keçirdiyi ikinci rəsmi oyunda ilk dəfə xal itirdi. “Samsunspor” az qala ardıcıl 3-cü ev oyununda büdrəyəcəkdi. Ötən mövsümün bürünc mükafatçısı evdə debütant “Fatih Karagümrük”lə oyunda fasiləyə 0:1-lə yollansa da, çətin və əzmkar qələbə qazandı. Rəhbərlik səviyyəsində başı yeni prezidenti seçməyə qarışan “Fənərbaxça” isə xalları sağa-sola paylamaqda davam edir. Halbuki bu xallar mövsümün sonuna yaxın komandaya çox lazım olacaq. “Fənər”, adətən, “Kasımpaşa” ilə oyunlarda hesabına qələbə yazırdı. Təsadüfi deyil ki, “Kasımpaşa” güclü rəqibdən sonuncu dəfə 2020-nin iyununda xal qoparmışdı. O vaxtdan bəri keçirilən 10 superliqa matçının hamısında “sarı-lacivərdlilər” sevinmişdi.
Elə bu dəfə də ilk baxışdan hər şey “Fənər”in qələbəsinə doğru gedirdi. Yeni klubunda ilk dəfə start heyətində meydana çıxan Asensio artıq 3-cü dəqiqədə fərqlənməklə Türkiyədə qol hesabını açdı. Kərəm Aktürkoğlu isə yeni klubunda ilk məhsuldar ötürməsini verdi. Bu azmış kimi, meydan sahibləri fasilə ərəfəsində azlıqda qaldılar. Şkrinyara qarşı kobud oynayan Kafu VAR-ın da müdaxiləsindən sonra birbaşa qırmızı vərəqə aldı. Ancaq Şota Arveladzenin komandası həvəsdən düşmədi və 2-ci hissənin ortalarında sürpriz şəkildə hesabı bərabərləşdirdi. Beləliklə, “Fənər” bütün ikinci hissəni azlıqda keçirən bir rəqibi yenə bilməməklə fanatlarına əsl şok yaşatdı. Komanda ardıcıl 2-ci turda hesabda öndə ola-ola, xal itirdi!
Sonuncu dəfə “Fənər”in belə uğursuz seriyası 2022-nin yanvarında olmuşdu. Domeniko Tedesko 2018-in avqustundan, yəni Filip Kokudan bəri komandanın başında çıxdığı ilk 3 matçın 2-də xal itirən birinci əcnəbi məşqçi oldu.
6-cı tur
Qalatasaray – Konyaspor 3:1

Akgün, 23. İkardi, 45+1. Torreyra, 64 – Nayir, 80.
Kasımpaşa – Fənərbaxça 1:1
Hayradinoviç, 64 – Asensio, 3.
Fənərbaxça: Ederson, Semedo (Mərt Müldür, 59), Şkrinyar, Çağlar Söyüncü, Oostervolde, İsmayıl Yüksək, Fred (Bartuğ Elmaz, 46), İrfan Can Kahveci (Cenk Tosun, 72), Asensio (Şimanski, 72), Kərəm Aktürkoğlu, Talişka (Ən-Nəsiri, 59).
Göztəpə - Beşiktaş 3:0
Juan, 4. Raldni, 19. Sabra, 85.
Beşiktaş: Mərt Günok, Gökhan Sazdağı, Paulista, Uduoxai, Yurasek (Rıdvan Yılmaz, 72), Dəmir Ege Tıknaz, Nəcip Uysak (Kartal Yılmaz, 71), Çernı (Cengiz Ündər, 61), Rafa Silva (Jota Silva, 61), Ture, Abraham.
Trabzonspor – Qaziantep 1:1
Onuaçu, 70 – Rodriges, 39.
Trabzonspor: Onana, Pina, Saviç, Bataqov (Baniya, 46), Mustafa Eskihellaç, Ozan Tufan (Salih Malkoçoğlu, 71), Jabol Folkarelli, Zubkov (Arif Boşluk, 77), Muçi (Auqusto, 46), Olaiqbe (Visça, 58), Onuaçu.
Samsunspor – Fatih Karagümrük 3:2
Anıl Yiğit Çinar, 52-öz qapısına. Ndiaye, 54. Musaba, 90+3 – Satka, 32-öz qapısına. Fofana, 81.
Samsunspor: Okan Kocuk, Zəki Yavru (Mendes, 87), Satka, Van Drongelen, Tomasson, Yunus Əmrə Çift (Makumbu, 87), Holse, Nçam, Musaba, Kulibali (Cəlil Yüksəl, 70), Ndiaye (Muandilmaci, 70).
İstanbul BŞ – Alanyaspor 1:1
Şomurodov, 29 – Oqundu, 51.
İstanbul BŞ: Muhammed Şengezer, Ebosele (Onur Bulut, 62), Opoku, Ba, Operi, Kreşpo, Berat Özdəmir (Kaluşinski, 85), Kemen (Arit, 62), Brniç (Fayzullayev, 62), Yusuf Sarı (Dəniz Türüç, 74), Şomurodov.
Antalyaspor – Kayserispor 1:1
Cikiya, 52 – Beneş, 90+2.
Gənclərbirliyi – Eyüpspor 1:0
Tonqya, 36.
Kocaelispor – Çaykur Rizespor 1:1
Petkoviç, 45+13-p. – Olavoyin, 45+1
1. Qalatasaray 6 6 0 0 18-2 18
2. Göztəpə 6 3 3 0 10-2 12
3. Fənərbaxça 6 3 3 0 10-5 12
4. Samsunspor 6 3 2 1 8-6 11
5. Trabzonspor 6 3 2 1 5-3 11
6. Antalyaspor 6 3 1 2 7-6 10
7. Qaziantep 6 3 1 2 8-10 10
8. Alanyaspor 6 2 3 1 8-6 9
9. Konyaspor 5 2 1 2 10-7 7
10. İstanbul BŞ 5 1 3 1 5-4 6
11. Beşiktaş 4 2 0 2 4-7 6
12. Kasımpaşa 6 1 2 3 5-7 5
13. Çaykur Rizəspor 5 1 2 2 3-7 5
14. Kayserispor 5 0 4 1 4-8 4
15. Eyüpspor 6 1 1 4 4-10 4
16. Gənclərbirliyi 6 1 0 5 4-9 3
17. Fatih Karagümrük 6 1 0 5 4-12 3
18. Kocaelispor 6 0 2 4 3-9 2
Bombardirlər: Ən-Nəsiri (Fənərbaxça), İkardi (Qalatasaray) – 4.
Növbəti turun oyunları sentyabrın 26-29-u aralığında keçiriləcək: Alanyaspor – Qalatasaray, Beşiktaş – Kocaelispor, Fənərbaxça – Antalyaspor, Konyaspor – İstanbul BŞ, Çaykur Rizəspor – Kasımpaşa, Kayserispor – Gənclərbirliyi, Eyüpspor – Göztəpə, Qaziantep – Samsunspor, Fatih Karagümrük – Trabzonspor.
Turun rəqəmi
2 – “Beşiktaş” fanatlarının çox şey gözlədiyi Sərgən Yalçının, görünür, əlində sehirli çubuq yoxdu. Çünki o gələndən bəri vəziyyət hələ ki yaxşıya doğru dəyişməyib. İstanbul nəhəngi superliqada mövsümün ilk iki səfər matçından məğlubiyyətlə ayrılıb. “Qartal” bunu tarixində cəmi 3-cü dəfə yaşayıb. Komandanın ilk iki səfərdən xalsız ayrılmasına daha öncə yalnız 2019/20-də Abdulla Avcı və 1977/78-də Rəcəp Adanırın rəhbərliyi altında təsadüf olunmuşdu.
Turun ulduzu
Pol Onuaçu (Trabzonspor) – bu həftə ulduzu seçmək asan məsələ deyildi. Çünki 1-dən artıq qol vuran futbolçu olmadı və oyunların yarısından çoxunda 1:1 hesabı qeydə alındı. Amma biz qolları ilə “Trabzonspor”a həyat verməkdə davam edən Onuaçuya üstünlük veririk. Nigeriyalı forvard bu mövsüm 4 ev oyununun 3-də qol vurmağı bacarıb. Qaradənizlilərin ümumilikdə 6 turda cəmi 5 dəfə fərqləndiyini və 2016-dan bu yana ən az qol vurduğu mövsümü keçirdiyini nəzərə alsaq, bu, heç də pis göstərici deyil. Daha öncə 2023/24-də icarə əsasında “Trabzonspor”un şərəfini qorumuş Onuaçu indiyə qədər bu klubda 31 rəsmi oyunda 20 qol vurub ki, bu da hər oyun üçün orta hesabla 0,64 qol deməkdi.
Turun sitatı
İbrahim Hacıosmanoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti:

“Son 40 ildə belə hakim səhvi görməmişdim. “Trabzonspor”un oyununda yaşanan epizod adi və göz yumulacaq bir səhv deyil. Hakim əvvəlcə oyunu davam etdirdi. Ancaq hücumun təhlükəli olduğunu görən kimi fitini səsləndirdi. Hakim Arda Kardeşleri federasiyaya dəvət etmişəm. Bunun qarşılığı çox ağır olmalıdı. Bizim hədəfimiz şəffaf və ədalətli hakimliyə nail olmaqdı. Bu epizoda görə isə futbol camiəmizdən üzr istəyirəm. Qarşıdakı günlərdə hakimlə bağlı yekun qərarı ictimaiyyətə açıqlayacağıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see423

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see345

Oğlunu görmək üçün Ərzuruma getdi Fotolar

29 İyun 2026 16:15see294

TDT ölkələrinin dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər FOTO

29 İyun 2026 13:00see276

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see261

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see257

ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır Politoloqdan AÇIQLAMA

29 İyun 2026 18:13see250

BET Awards 2026: Los Ancelesdə qırmızı xalının ən parlaq obrazları (FOTOLAR)

29 İyun 2026 15:01see242

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see221

Bakıda yeni məktəb binası tikilir 624 şagird oxuyacaq

29 İyun 2026 19:14see219

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see203

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see197

Fayton gələr toz eylər... Fotolar

29 İyun 2026 18:26see195

Ömrün və sözun ucalığında

29 İyun 2026 19:14see191

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see190

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see185

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see174

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see165

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see160

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri