Icma.az
close
up
RU
Fənərbaxça Zaltsburq dan oyunçu aldı Kərəmin transferi də bitmək üzrədi

Fənərbaxça Zaltsburq dan oyunçu aldı Kərəmin transferi də bitmək üzrədi

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Kərəm Aktürkoğlunun transferini bitirməyə çalışan ''Fənərbaxça'' paralel olaraq başqa transferləri də həyata keçirir.

İstanbul nəhəngi son günlərdə danışıqlar apardığı ''Zaltsburq''lu Nene Dorgelesi dünən gecə saatlarında Türkiyəyə dəvət edib. Malili futbolçu son detalları razılaşdırmaq və tibbi müayinədən keçmək üçün ''sarı-lacivərdlilər''in idman direktoru Devin Özək ilə birlikdə İstanbula gəlib. Bu transferin ''Fənər''ə 5 milyon avrosu bonuslarla olmaqla 20 milyon avroya başa gələcəyi gözlənilir.
22 yaşlı vinger hər iki cinahda oynamağı bacarır. Futbola vətənində başlayan Nene ''Zaltsburq'' skautları tərəfindən kəşf edilərək 2021-ci ildə bu kluba dəvət olunub. İlk mövsümləri ''Liferinq'', ''Rid'' və ''Vesterlo''da icarədə keçirən istedadlı futbolçu 2023-cü ildən ''Zaltsburq''un şərəfini qoruyurdu.
Transfer dəyəri 12 milyon avro olan və 174 sm boya malik olan Nene geridə qoyduğumuz mövsümdə 49 rəsmi oyunda iştirak edərək aktivinə 15 qol, 9 məhsuldar ötürmə yazıb. Mali yığmasında isə o, 24 oyuna 7 qol vurub. Bundan başqa ''Fənər'' ''Vest Hem''li Edson Alvaresin də keçidini tamamlamağa yaxındı. Fabritsio Romanonun xəbərinə görə London klubu ilə artıq anlaşma əldə olunub. Bu transfer icarə əsasında baş tutacaq. İstanbul nəhəngi həm müəyyən miqdar icarə haqqı ödəyəcək, həm də Alvaresə ''Vest Hem''də qazandığı qədər maaş verəcək. Daha öncə ''Ayaks''da forma geymiş və transfer dəyəri 25 milyon avro olan 27 yaşlı meksikalı dayaq yarımmüdafiəçisi ötən mövsüm 31 rəsmi oyuna çıxaraq 1 qol vurub.
Türkiyə futbol ictimaiyyətinin diqqət mərkəzində saxladığı Kərəm Aktürkoğlunun başıbəlalı transferi isə belə görünür, tamamlanmaq üzrədi. Bir ara keçid düyünə düşsə də, ''Benfika'' ''Fənər''in ''22,5+2,5'' milyon avroluq son təklifini qəbul edib. Bu məbləğ qarşı tərəfə hissə-hissə ödəniləcək. Kərəm ÇL-in pley-off matçı üçün bu gün Lissabon nəhənginin heyətində İstanbula gələcək. Onun artıq İstanbulda qalacağı və ən qısa müddətdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Avqust 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri