“Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı İstefası qəbul edildi
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
“Fənərbaxça” baş məşqçi İsmail Kartalla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb. İstanbul klubunun rəhbərliyi 65 yaşlı mütəxəssisin istefasını qəbul edib.
Kartal ötən gün UEFA Çempionlar Liqasının liqa mərhələsində “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında vəzifəsindən getdiyini açıqlamışdı. Buna baxmayaraq, klub prezidenti Aziz Yıldırım həmin gecə istefanı qəbul etmədiyini və məşqçinin vəzifəsində qalacağını bildirmişdi.
Lakin Kartal bu gün “Fənərbaxça”nın məşqinə qatılmayıb. Futbol direktoru Oğuz Çetin və futboldan məsul idarəçi Cihan Kamer təcrübəli mütəxəssisi fikrindən daşındırmaq üçün onun evinə gediblər. Görüşdən sonra da Kartal qərarını dəyişməyib.
Beləliklə, tərəflər arasında əməkdaşlıq rəsmən sona çatıb.
Qeyd edək ki, İsmail Kartal 2026-cı ilin iyununda dördüncü dəfə “Fənərbaxça”nın baş məşqçisi təyin edilmişdi. O, komandanı 2008/09 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə çıxarıb.
İsmail Kartal məşqə çıxmadı - YENİLƏNİB “Çelsi”də idarəçilik dəyişir - Todd Bouli payını satır Vlahoviçin cəzası bəlli oldu Tibo Kurtua “Real”da qalır – yeni müqavilənin detalları Günün oyunları bu kanallarda - TV AFİŞA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 Sentyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















