Icma.az
close
up
RU
Fənərbaxça da Tedesko dönəmi başa çatdı! detallar

Fənərbaxça da Tedesko dönəmi başa çatdı! detallar

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Derbidə ''Qalatasaray'' önündə rüsvay olan və faktiki olaraq çempionluq şansını itirən ''Fənərbaxça''da bazar ertəsi idarə heyətinin təcili toplantısı keçirildi.

"Football-plus.az" xəbər verir ki, gözlənildiyi kimi burda radikal qərarlar qəbul edildi. Təxminən 2 saat davam edən toplantının ardından yönəticilər klubun bazasına yollandılar. Burda isə baş məşqçi Domeniko Tedesko, idman direktoru Devin Özək və futbolçularla görüşlər baş tutdu.
Rəhbərliyin qərarı ilə həm Tedesko, həm Devin Özək, həm də futbol koordinatoru Berke Çelebi ilə yollar ayrıldı! Qalan 3 turda komanda köməkçi məşqçi Zəki Murat Gölənin başçılığı altında meydana çıxacaq.
Beləliklə, İstanbul nəhəngində Tedeskonun təxminən 8 ay davam edən macərası üzücü şəkildə başa çatdı. Bir çox ünlü sələfi kimi Tedesko da ''sarı-lacivərdlilər''in çempionluq həsrətinə son qoya bilmədi.
Xatırladaq ki, komanda 2014-dən bu yana çempion ola bilmir. İtalyanəsilli almaniyalı mütəxəssis mövsümün əvvəllərində Joze Mourinyonun istefaya göndərilməsindən sonra bu vəzifəyə gətirilmişdi. ''Fənərbaxça'' onun dönəmində keçirdiyi 45 rəsmi oyundan 26 qələbə, 12 heç-heçə, 7 məğlubiyyətlə ayrılmış oldu. Tedesko Türkiyə karyerasında yalnız superkubok qazanmağa müvəffəq oldu.
Bu arada rəhbərlik son həftələrdə ''Fənər''ə sanki qənim kəsilən qapıçı Edersonla bağlı da qərar qəbul edib. Tanınmış qapıçının əsas heyətdən kənarlaşdırılacağı ilə bağlı xəbərlər təsdiqini tapmayıb. Ona yalnız pul cəzası verilib.
Derbidə qırmızı vərəqə alan Edersona federasiya tərəfindən hansı cəza veriləcəyi də maraq doğurur. Bundan başqa rəhbərliyin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul etdiyi də bildirilir. Bunun da qısa müddətdə rəsmən açıqlanacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Aprel 2026 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see301

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see298

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see293

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see278

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see266

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see265

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see252

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see248

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see246

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see246

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see229

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see229

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see228

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see227

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see224

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see217

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see214

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see211

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri