“Fənərbaxça”nın azərbaycanlı yetirməsi İstanbul derbisi ilə bağlı proqnozunu açıqlayıb
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“İstanbul derbisi dünyada maraqla izlənilən oyunlardan biridir”.
Bu sözləri futbol üzrə Azərbaycan millisinin idman direktoru İlqar Qurbanov Türkiyə Superliqasının XIV turunda “Fənərbaxça” və “Qalatasaray” komandaları arasında keçiriləcək oyun barədə danışarkən deyib.
“Fənərbaxça”nın yetirməsi olan veteran müdafiəçi matçın çətin keçəcəyini bildirib. Onun sözlərinə görə, görüşün favoriti “Fənərbaxça”dır.
“Bizi maraqlı oyun gözləyir. Düşünürəm ki, “Fənərbaxça” bu qarşılaşmada qələbə qazanacaq”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Bu gün “Şükrü Saracoğlu” stadionunda təşkil olunacaq “Fənərbaxça” - “Qalatasaray” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Prinsipial görüşü Yasin Kol idarə edəcək.
Qeyd edək ki, İlqar Qurbanov Türkiyədə, həmçinin “Sivasspor”, “Boluspor” və “Mersin İdmanyurdu” komandalarının da formasını geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 01 Dekabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















