Icma.az
close
up
RU
Fəqani Rəhimova hökm oxundu

Fəqani Rəhimova hökm oxundu

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri, iş adamı Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sitat.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Fəqani Rəhimova 3 il sınaq müddəti olmaqla 5 il şərti cəza verilib.

İstintaq sənədlərinə görə, dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.

İbtidai istintaqın son günlərində onun barəsində 2025-ci il yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.

Fəqani Rəhimov hələ iki il əvvəl Gədəbəydə tarixi abidənin qarşısında hotel tikdirməsi ilə gündəmə gəlmişdi. Həmin vaxt tikintinin qanunsuz aparılması ilə bağlı iddialar səslənirdi.

Onun şirkətləri ətrafında aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılmış, şirkətlər vasitəsilə dövlət əmlakını mənimsəyən vəzifəli şəxslər müəyyən edilmişdi.

Fəqani Rəhimov qanunsuz işlərinin çoxunu "İnşaat-F” MMC vasitəsilə həyata keçirib. Həmin şirkət Qubustan şəhəri ərazisində yolların əsaslı təmirinin aparılması üçün elan edilmiş tenderdə qalib gəlib. Şəhərin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlikağa Əhədov şirkətin rəhbəri Fəqani ilə qanunsuz sövdələşməyə girib.

Razılaşmaya əsasən, "İnşaat-F” MMC-yə yolların təmirinə lazım olandan 32 min manat artıq köçürülüb. Oğurlanmış dövlət vəsaiti şirkət rəhbəri ilə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə arasında bölünüb.

Başqa bir sənəddən isə görünür ki, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyriləri ilə əlbir olaraq idman mallarının alınması üçün Fəqani Rəhimovun "Kontey SV” şirkətinə bazar dəyərindən artıq pul köçürüb.

Eyni niyyətlə "Sanator-Kurort Reabilitasiya Mərkəzi”nin sabiq direktoru Cəmilə Talıbova ilə də iş görülüb. Mərkəzdə keçiriləcək yeni il tədbiri üçün xidmətin və alınacaq malların bazar dəyəri 7 min 233 manat olduğu halda, əlavə qazanc əldə edilməsi üçün şirkətə 4 min 974 manat, mərkəzə yeni kameraların quraşdırılması üçün isə 2 min manatdan bir qədər çox əlavə pul köçürülüb

Təqsirləndirilən şəxsin cinayət əlaqəsinə girdiyi şəxslərin siyahısı bununla bitmir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Ramiz Pirverdiyev də onun şirkətləri ilə iş görüb. Xəstəxana üçün katriç, yanğınsöndürmə balonları və dəftərxana ləvazimatlarının alışı üçün "Benbris” şirkətinə malların dəyərindən artıq pul ayrılıb.

Bənzər köçürmələr 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının baş həkimi Ruhəngiz Cavadova, Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq direktoru Yasən Cabbarov tərəfindən də edilib. Mənimsəmə məqsədilə şirkətlərə artıq dövlət vəsaiti köçürülüb.

Ümumilikdə isə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı isə həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.

Qeyd edək ki, iş adamının barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

İş üzrə zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla yuxarıda adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan qəpiyinə kimi ödətdirilib. Bu səbəbdən onlar barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.

İbtidai istintaq zamanı özünü təqsirli bilməyən Fəqani Rəhimov isə dəymiş ziyana görə heç bir ödəniş etməyib. Ona verilmiş ittihamlar təsdiqini taparsa, iş adamı 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sitat.info
archiveBu xəbər 19 Avqust 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri