Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar Uğursuz edamın detalları
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin Tennessi ştatında Krista Paykın ölümcül inyeksiya ilə uğursuz edam cəhdindən sonra yeni iddia irəli sürülüb. Məhbusun vəkilinin bildirdiyinə görə, prosedur zamanı onun damarını tapmaq üçün 10 iynədən istifadə edilib və damarın yırtılmış ola biləcəyi gündəmdədir.
“Qafqazinfo” “Guardian”a istinadən xəbər verir ki, damar tapmaq cəhdləri təxminən 49 dəqiqə davam edib.
Qeyd edək ki, sentyabrın 30-da Payka iki doza ölümcül dərman verilsə də, onun ürəyi dayanmayıb. Xəstəxanada 10 gün müalicə aldıqdan sonra həbsxanaya qaytarılan məhbus hazırda danışa və yeriyə bilir. Lakin onun səhhətinin uzunmüddətli vəziyyəti məlum deyil.
Payk 1995-ci ildə, 18 yaşında olarkən sinif yoldaşı Kollin Slemmeri öldürməkdə təqsirli bilinərək ölüm hökmünə məhkum edilib.
Hadisədən sonra Tennessi qubernatoru Bill Li araşdırma aparılmasını tapşırıb. İstintaq müddətində ştatda ilin sonuna qədər planlaşdırılan bütün edamlar dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 24 Oktyabr 2026 03:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















