Icma.az
close
up
RU
Fərid Bağırov: İnklüziv təhsildə incəsənətin uşaqlara təsiri çox böyükdür

Fərid Bağırov: İnklüziv təhsildə incəsənətin uşaqlara təsiri çox böyükdür

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 26 may, Gülay Nəzərova, AZƏRTAC

Müasir dövrdə incəsənət təkcə yaradıcılıq sahəsi deyil, eyni zamanda fərdin sosial, emosional və psixoloji inkişafına təsir göstərən mühüm vasitə kimi çıxış edir. Rənglərin, səslərin, hərəkətlərin dili ilə danışan incəsənət, fərdin özünü tanıması, cəmiyyətə inteqrasiyası və mənəvi zənginliyə qovuşması üçün əvəzsiz bir vasitədir. Bu maraq təkcə istedadlı və yaradıcı gəncləri deyil, eyni zamanda inklüziv təhsilə cəlb olunmuş, müxtəlif bacarıq və inkişaf xüsusiyyətlərinə malik uşaqları da əhatə edir. Onlar üçün incəsənət terapiya, özünüifadə yolu, güvən mənbəyinə çevrilir.

Məhz bu səbəbdən Azərbaycanda inklüziv təhsilin incəsənətlə birləşdiyi nümunələr böyük önəm daşıyır. Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov AZƏRTAC-ın müxbiri ilə söhbətində ölkədə gənclərin aktyorluq sənətinə olan marağının artmasından, inklüziv təhsilin əhəmiyyətindən və gənclərin yaradıcı potensialının inkişaf etdirilməsinin zəruriliyindən danışıb.

Onun sözlərinə görə, Azərbaycan İncəsənət Məktəbinin əsas məqsədi gənclərin istedadını üzə çıxarmaq, onların yaradıcı potensialını dəstəkləmək və gələcəyin peşəkar sənətkarlarını yetişdirməkdir. Məktəbdə klassik teatrla yanaşı, müasir performans texnikaları da tədris olunur ki, bu da tələbələrə həm yerli, həm də beynəlxalq səviyyədə rəqabətə davamlı olmaq imkanı yaradır.

Söhbət zamanı Fərid Bağırov Azərbaycan İncəsənət Məktəbində yaradılan inklüziv qrupun fəaliyyətindən və uşaqlara verdiyi imkanlardan danışıb: “Yaradılan bu qrup inklüziv təhsil prinsiplərinə əsaslanır. Qrupda təhsil alan uşaqlara fərdi yanaşma tətbiq edilir, onların bacarıqları üzə çıxarılır və özlərini ifadə etmək imkanı yaradılır. Həmçinin bu fəaliyyətlər uşaqlar arasında dostluq münasibətlərinin formalaşmasına, sosial inteqrasiyanın güclənməsinə də töhfə verir. İnklüziv təhsil modeli sayəsində müxtəlif bacarıqlara malik gənclər birgə öyrənir, birgə yaradırlar. Bu, həm onların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etməsinə, həm də digər tələbələrdə empatiya və sosial məsuliyyət hissinin formalaşmasına şərait yaradır.”

Fərid Bağırov inklüziv qrupla keçdiyi dərslər zamanı müşahidələrini bölüşərək bildirib ki, bu dərslər uşaqların yalnız özünüinkişaf bacarıqlarını deyil, həm də kommunikasiya, özünəinam və özünüifadə qabiliyyətlərini sürətlə inkişaf etdirməyə təkan verir. Onların daxili aləmi zəngin, emosional duyum tərzi daha dərindir. İnanıram ki, inklüziv qrupda təhsildə olan uşaqların əldə etdikləri biliklər gələcəkdə onlara böyük uğur və nailiyyətlər gətirəcək. İncəsənət bütün dünyanı birləşdirən bir dəyərdir. İnklüziv təhsildə incəsənətin uşaqlara təsiri çox böyükdür. Onlar burada aktyorluğun sirlərini mənimsəyir, musiqi dinləyir, ifaçılıq bacarıqlarını təkmilləşdirir, rəsm çəkirlər. Bu zaman onların özünüifadə və ünsiyyət bacarıqları daha sürətlə inkişaf edir. Bu da onların ətrafdakılarla daha rahat ünsiyyət qurmasına səbəb olur. Çünki onlar səssiz olsalar da, çox dərin bir dünyaları var”.

Burada olarkən bir daha əmin olduq ki, dövlətin diqqət və dəstəyi sayəsində inklüziv qruplarda təhsil alan gənclərə öz bilik və bacarıqlarını üzə çıxarmaq üçün geniş imkanlar yaradılıb. Dövlət tərəfindən həyata keçirilən proqramlar, layihələr və dəstək mexanizmləri gənclərə öz istedadlarını üzə çıxarmaq, yaradıcılıq potensiallarını inkişaf etdirmək üçün mühüm resurslar təqdim edir. Bu imkanlar yalnız sənət bacarıqlarının təkmilləşdirilməsi ilə məhdudlaşmır, həm də gənclərin sosial inteqrasiyasını gücləndirir, onlarda empatiya, özünəinam və məsuliyyət hissi yaradır.

İnklüziv təhsil mühitində isə bu dəstək daha da vacib olur, çünki burada müxtəlif bacarıqlara malik uşaqlar və gənclər bərabər şəraitdə yaradıcılıqla məşğul olaraq, həm öz potensiallarını kəşf edir, həm də cəmiyyətə daha sıx inteqrasiya olurlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri