Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fərid Hacıyev futbol bayramına kölgə saldı

Fərid Hacıyev futbol bayramına kölgə saldı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

31 sarı, 1 qırmızı, 5 penalti, Fərid Hacıyevin Sumqayıtdakı qarşılaşmanın ümumi ab-havasına uyğun olmayan idarəçiliyi...

Bir sözlə, yenə də hakimlikdən danışmaq üçün yetərincə əsas var. Elə biz də bunu edəcəyik.
Sumqayıt – Qarabağ, FƏRİD HACIYEV
Sumqayıtda bəlkə də mövsümün ən möhtəşəm matçına şahidlik etdik. Həm komandaların yaşıl meydandakı mübarizəsi, həm də dolu tribunalar göz oxşadı. Təəssüf ki, oyunun gözəlliyinə xələl gətirən məqamlar məhz Fərid Hacıyevin idarəçiliyi ilə bağlı oldu. Ədalət təmsilçisi gah ən kiçik qayda pozuntularına belə göz yummadı, gah da ciddi səhvləri nəzərdən qaçırdı. Onun Rayan Senhadjinin Xoni Montielə qarşı kobud oyununu dərhal sarı vərəqə ilə dəyərləndirməsi ölkə gündəmini zəbt etdi. İş o həddə çatdı ki, dəfələrlə hakimlər haqda danışmağı xoşlamadığını deyən “Sumqayıt”ın baş məşqçisi Saşa İliç də “Qarabağ”ın hakim köməyinə ehtiyacı yoxdu” sözləriylə narazılığını çatdırdı. Axı hakim həqiqətən də qərarının Senhadjinin meydandan qovulmasıyla nəticələnəciyini nəzərə ala, daha ədalətli davrana bilərdi.
Araz-Naxçıvan – Turan Tovuz, RƏVAN HƏMZƏZADƏ
Avrokuboklara iddialı komandaların dueli statusunu doğrultmadı. Daha doğrusu, sanki meydana 1 xal uğrunda mübarizə aparmaq üçün çıxan komandalar, yumşaq desək, 90 dəqiqəni “yola verdi”. Bu üzdən “Mehdi Hüseynzadə”də yetərincə cansıxıcı görüşə şahidlik etdik. Amma hadisələrin belə axarına görə Rəvan Həmzəzadəni qınamaq olmaz. Düzdü, həm Elmar Baxşıyev, həm də Kurban Berdıyev oyunsonrası mətbuat konfransında hakim idarəçiliyindən narazı qaldığına eyham vurdu. Ancaq ədalət təmsilçisinin nəticəyə təsir edən, mübahisəli qərar ilə yadda qaldığını demək doğru olmaz. Sadəcə, hakim bəzi xırda folları nəzərə almasa, matçın sürətli keçməsinə töhfə versə, bizi sevindirərdi...
Sabah – Şamaxı, KAMRANBƏY RƏHİMOV
Buna qədər potensial lider olan “Sabah” “Şamaxı” ilə bacarmadı. Elitada qalmaq uğrunda mübarizə aparan “şirlər” xal ehtiyatını artırmağın sevincini yaşadı. Düzdü, belədə qonaqların baş məşqçisi Ayxan Abbasovun hakim idarəçiliyi haqda dediyi xoş sözləri məhz bu nəticə ilə əlaqələndirmək mümkündü. Lakin qətiyyən belə deyil. Ona görə ki, Kamranbəy Rəhimov həqiqətən də, demək olar ki, qüsursuz idarəçiliklə yadda qaldı. Elə Valdas Dambrauskas da oyun haqda danışarkən ədalət təmsilçisi haqda mənfi rəy bildirmədi. Ümumiyyətlə, bu dəfə hakim haqda danışılası söz yoxdu.
Karvan-Yevlax - Kəpəz, RAUF CABBAROV
Matçın əvvəlindən sürət və dinamika yüksək səviyyədə idi. Təəssüf ki, idarəçilik oyunun keyfiyyətinə, hətta nəticəsinə birbaşa təsir etdi. İlk yarıda Tompson Qavi ilə Cefferson Bentu arasında mübarizədə “Kəpəz”in müdafiəçisi rəqibin qarşısını kobudluqla aldı. Baş hakim Cabbarov isə penaltini ağlından belə keçirmədi. VAR da epizoda müdaxilə etmədi, heç baş hakimi də çağırmadı. Halbuki mümkün penalti üçün baxılmalı epizod idi. “Kəpəz”in 2-ci qolu isə penaltidən vuruldu. Hakimin fikrincə, Qavi Məqsəd İsayevə qarşı kobud oynamışdı. Amma toxunuşun olması heç bir rakursdan görünmür. Beləliklə, “Karvan-Yevlax”ın penaltisi verilmədi, “Kəpəz”in qazandığı penalti isə sual altındadı. Oyunun sonlarında azyaşlı tamaşaçı meydana daxil olanda da hakim oyunu dayandırmadı. Rauf Cabbarovun bu oyundakı idarəçiliyini ideal saymaq olmaz.
Zirə - Qəbələ, ELVİN BAYRAMOV
Elvin Bayramov gənc hakimdi, yeni-yeni baş hakim kimu oyun idarə etməyə başlayır. Daha dəqiq desək, 3-cü oyunu idi. Lakin təcrübəsizliyi çox hiss olunur. Son anlarda ciddi səhvlərə yol verir. Düzdü, bu matçda hakim qərarının nəticəyə təsiri olmadı, lakin gənc hakimin idarəçiliyi aşağı səviyyədə idi. Belə ki, oyunda üç dəfə penalti qərarı oldu. “Qəbələ”nin və “Zirə”nin qazandığı penalti VAR Elvin Bayramovu çağırandan sonra verildi. Bayramova qalsa, “davam” demişdi. İkinci hissədə də bir epizod oldu ki, penalti qərarını özü verdi. Bu dəfə də VAR müdaxilə etdi və həmin qərar ləğv olundu. Beləliklə, idarəçilik nəticəyə təsir etməsə də, çox aşağı səviyyədə oldu. Maraqlıdı, VAR olmasaydı, necə olacaqdı?!
Neftçi - İmişli, CAVİD CƏLİLOV
Oyun elə keçdi ki, hakimlik nəsə olmadı. Hakimlər briqadasını çətin duruma salacaq epizod da olmadı. Sadəcə, bir epizod var ki, müəyyən narahatlıq doğurdu. “Neftçi”nin penalti qazandığı epizodunda, Vensan Abubakar yerdə qalanda əvvəlcə “davam” qərarı verildi. Sonra VAR müdaxilə etdi, uzun müddət baxıldı, sonra baş hakim çağrıldı, o da uzun müddət baxdı. Niyə? Yaxşı, hakim özü görmədi, bəs VAR? Belə çıxır ki, VAR görəndə də qərar verməkdən çəkinir. Bu epizoddakı vaxt itkisini saymasaq, başqa ciddi problem olduğunu deyə bilmərik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Dekabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri