Icma.az
close
up
RU
Fərid Hacıyev hər iki məşqçini narazı saldı

Fərid Hacıyev hər iki məşqçini narazı saldı

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

5 oyunda 24 sarı vərəqə normaldı. Təsadüfi deyil ki, yalnız “Səbail” sarı vərəqə limitini aşdığına görə cərimə ilə üzləşdi.

“Sumqayıt” – “Neftçi” oyununu nəzərə almasaq, hakim qərarlarıyla bağlı ciddi narazılıq olmadı.
Sabah – Qarabağ, TURAL QURBANOV
Ölkə kubokunun finalçılarının premyer-liqadakı dueli kəşfiyyat xarakteri daşısa da, həm də yetərincə baxımlı alındı. Yetərincə sürətli və dinamik, Qurban Qurbanov demişkən, çempionluq oyununa layiq hərəkətlər izlədik. Elə ədalət təmsilçisi də oyunun gözəlliyinə xələl gətirmək istəmədi. Kiçik səhvlərə göz yumdu, şifahi xəbərdarlıqlara üstünlük verdi. O başqa məsələ ki, qayda pozuntularının çoxluğu sarı vərəqələri, hətta penaltini qaçılmaz etdi. Əlbəttə, Tural Qurbanov cərimə meydançasında Musa Qurbanlını kobud müdaxiləylə yerə sərən Con İrasabalı bağışlaya bilməzdi. Odu ki, hakimim nə penalti qərarını qınamağa ehtiyac var, nə də sarı vərəqələri. Yeri gələndə hakim idarəçiliyindən şikayətlənən Qurban Qurbanovla Vasili Berezutski də razıdısa, deməli, Tural Qurbanov vəzifəsini qüsursuz icra edib.
Sumqayıt – Neftçi, FƏRİD HACIYEV
Görünür, bu dəfə Samir Abasov haqlıdı. Ona görə yox ki, komandası qələbəyə layiq çıxış etdi. Ona görə ki, referi premyer-liqa səviyyəsində matç idarə etdiyini ya unutmuşdu, ya da həmin 90 dəqiqə Fərid Hacıyev üçün ağır yük idi. İlk dəqiqələrdən yerli-yersiz fit çalmağa üstünlük verən hakim tempə çox ciddi zərbə vurdu. Bu isə nəinki 22-ci dəqiqədə məğlub duruma düşən Samir Abasovun, hesabda öndə olan Vaqif Cavadovun da xoşuna gəlmədi. Düzdü, hakim şifahi xəbərdarlıqla “Neftçi”nin baş məşqçisini oyun ərzində susdura bildi. Lakin mütəxəssisin mətbuat konfransında səsləndirdiyi fikirlərə haqq verməmək olmur. Axı Fərid Hacıyev Alan Diasın Edvin Kuça kobud müdaxiləsini düzgün dəyərləndirməli, daha doğrusu, penalti verməli, Bassala Sambunun qolunu saymalıydı. Çünki həmin epizodda top Ağadadaş Salyanskiyə toxunmamışdı! Görünür, Hacıyevin təcrübə toplamağa ehtiyacı var. Amma bunu premyer-liqada etməməlidi!
Turan Tovuz – Şamaxı, KAMAL UMUDLU
Turun açılış matçı Kamal Umudluya tapşırılmışdı. Futbolçuların kiçik səhvlərini belə bağışlamaq istəməyən referi tez-tez fit çalaraq fasilələrin yaranmasına səbəb oldu. Umudlu artıq ilk yarıda hər komandadan bir futbolçuya “sarı” göstərməklə bir növ onların “gözünün odunu aldı”. Yersiz fitləri nəzərə almasaq, ümumilikdə idarəçilik qənaətbəxş səviyyədə idi.
Kəpəz – Zirə, ƏLİYAR AĞAYEV
Hər iki komanda səliqəli oynamağa çalışdı. Qonaqlar ilk dəqiqələrdən mübarizə əzmini ortaya qoysa da, hansısa aqressivliyin şahidi olmadıq. Təsadüfi deyil ki, hakim ilk dəfə əlini cibinə yalnız 83-cü dəqiqədə atdı. Növbəti üç “sarı” isə uzatma dəqiqələrinə təsadüf etdi. Referinin bəzi qərarlarından razı qalmayan “Kəpəz”in baş məşqçisi Azər Bağırov da şifahi xəbərdarlıq etdi. 27-ci dəqiqədə isə baş hakimlə laysmanın qərarı üst-üstə düşmədi. Hər halda, hakimlər briqadasının nəticəyə təsir edən səhini izləmədik.
Səbail – Araz-Naxçıvan, RƏŞAD ƏHMƏDOV
Rəşad Əhmədovun bu oyunu pis idarə etdiyini demək insafsızlıq olar. Amma onun ciddi metodik qüsuru var. Referi bəzi hallarda meydanda mövqeyini itirir. Məsələn, epizodların birində top ona dəydi, daha bir neçə epizodda Əhmədov futbolçuların görmə bucağını daraltdı. Bir sözlə, meydanda daha düzgün mövqe seçməli, qərarlarını tez-tez dartışan baş məşqçilərə münasibətdə sərt olmalıdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:347
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri