Fərid Hüseynov: Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərilib AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 25 dekabr, AZƏRTAC
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov mətbuat konfransında deyib.
O qeyd edib: “Hazırda Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən operativ dəstək göstərilir”.
Bildirilib ki, Prezident İlham Əliyevin qərarına uyğun olaraq, hadisənin səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb. Xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərilib. Sərnişinlərin ailələri və yaxınları üçün qaynar xətt yaradılıb. Onlara xüsusi psixoloji dəstək göstəriləcək. Hadisənin araşdırılmasının nəticələri barədə yeni məlumatlar ictimaiyyətə təqdim ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 25 Dekabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















