Oveçkin 10 oyuna təqribən beş milyon dollar qazandı
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Hokkey Liqasının (NHL) "Vaşinqton Kepitalz" klubunun rusiyalı kapitanı Aleksandr Oveçkin cari müntəzəm çempionatda 10-cu oyununu keçirib.
AZXEBER.COM "Oxu.Az”a istinadən xəbər verir ki, buz meydançasına çıxması sayəsində təcrübəli hokkeyçi müqaviləsində nəzərdə tutulan 4.75 milyon dollar məbləğində bonusu hesabına yazdırıb.
Yayda "Vaşinqton Kepitalz" ilə müqaviləsini yeniləyən NHL tarixinin ən yaxşı snayperi ilə 1 illik saziş bağlanmışdı. Müqavilənin baza məbləği 4.25 milyon dollar (bunun 3.25 milyon dolları imza bonusu) təşkil edirdi. Sənəddə həmçinin 10 matç keçirəcəyi təqdirdə əlavə 4.75 milyon dollar bonus ödənilməsi bəndi yer almışdı.
NHL-də 22-ci mövsümünü keçirən Oveçkin son üç il ərzində liqa tarixində karyerası boyunca ən çox məvacib alan hokkeyçi ünvanını qoruyub saxlayır. Oveçkin 21 mövsüm ərzində ümumilikdə 170.7 milyon dollar qazanıb.
Baxış sayı:151
Bu xəbər 25 Oktyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















