Icma.az
close
up
RU
Fərid Qayıbov: COP29 ölkəmizin həm ekoloji problemlərin həllində fəallığı, həm də ən yüksək təşkilatçılıq qabiliyyətinin nümayişi baxımından uğurlu oldu AZƏRTAC

Fərid Qayıbov: COP29 ölkəmizin həm ekoloji problemlərin həllində fəallığı, həm də ən yüksək təşkilatçılıq qabiliyyətinin nümayişi baxımından uğurlu oldu AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 dekabr, AZƏRTAC

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha bir tarixi və qlobal nailiyyət qazandı. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) Azərbaycanda təşkil olunması ölkəmizin həm ekoloji problemlərin həllində fəallığı, həm də ən yüksək təşkilatçılıq qabiliyyətinin nümayişi baxımından uğurlu oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun qurumun rəsmi saytındakı yazısında əks olunub. O, Bakıda keçirilən COP29 tədbirinin əhəmiyyətindən yazıb: “Dövlətimizin başçısının COP29 çərçivəsində ölkəmizə səfərə gəlmiş FIFA-nın prezidenti Canni İnfantino, eləcə də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rollan və Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Klaudio Şermi ilə görüşlərində həm ölkəmizdə idmanın inkişafı, həm də beynəlxalq federasiyalarla əməkdaşlıq məsələləri müzakirə olundu”.

“Sevindirici haldır ki, Azərbaycan gəncliyinin səsi bu dəfə daha geniş miqyasda, qlobal bir müstəvidə eşidildi. COP29-un Yaşıl zonasında fəaliyyət göstərən Gənclər Evi pavilyonumuz 12 gün müddətində gənc liderlərin, fəalların, qonaqların iştirak etdiyi 27 tədbirlə – maraqlı fəaliyyətlər, panel müzakirələr, sərgi və müxtəlif mövzular üzrə seminarlarla diqqət mərkəzində oldu. Dünyanın tanınmış futbol klublarının iqlim naminə alyansının açılış tədbirində, “Gənclər ilə yaşıl gələcək”, “İqlim fəaliyyəti üçün gənclərin gücləndirilməsi: Ambisiyalar, karyeralar və qlobal təsir”, “Uşaqlar və gənclərin iqlim hərəkatı”, Dünya Uşaqlar Günü ilə əlaqədar UNICEF-lə birlikdə təşkil etdiyimiz “Gələcəyə qulaq as” adlı sərgisində və digər tədbirlərdə çıxışlarım oldu”, - deyə nazir bildirib.

F.Qayıbovun sözlərinə görə, UNICEF, İsveçrənin ölkəmizdəki səfirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Zəfər Günündə COP29 münasibətilə təşkil edilən ekoloji yürüş və “We are Water” fləşmobu da gənclərimizin qlobal əhəmiyyətli məsələlərdə fəallığının nümunəsi olub.

COP29 çərçivəsində bir sıra görüş keçirdiyini xatırladan nazir əlavə edib: “BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier, türkiyəli məşhur futbol mütəxəssisi Fatih Terim, COP29-da iştirak etmək üçün Azərbaycana gəlmiş Avropa Klublar Birliyi rəhbərliyi və futbol klublarının nümayəndə heyəti ilə görüşlərimdə müxtəlif məsələlər barədə fikir mübadiləsi apardıq. Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silva ilə, İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) baş katibi Nasser Ayman Majaliylə, İraq Respublikasının gənclər və idman naziri Əhməd Əl-Mübarqa ilə görüşlərimdə ikitərəfli əməkdaşlıq əlaqələrini müzakirə etdik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri