Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında idman federasiyalarının nümayəndələri ilə 22-ci görüşünü keçirib.
İdman.biz bildirir ki, görüş zamanı nazir iştirakçıları salamlayaraq son dövrdə idman sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Tədbirdə 32-ci Ümumdünya Yay Universiadası (FISU), XII Dünya Oyunları, XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı və Avropa Gənclər Paralimpiya Oyunları ilə bağlı hesabatlar dinlənilib. Həmçinin VI İslam Həmrəyliyi Oyunlarına, eləcə də bu il Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq vəziyyəti barədə məlumat verilib.
İclasda həmçinin idman ictimaiyyəti nümayəndələrinin işğaldan azad edilmiş bölgələrə səfərləri, maliyyə məsələləri, fəxri adların verilməsi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun fəaliyyəti və idman tibbi sahəsində görüləcək işlər barədə təqdimatlar dinlənilib. Eləcə də, “Tədbirvar” (tedbirvar.az) platforması və federasiyaların sosial media fəaliyyəti barədə hesabatlar təqdim edilib və gündəlikdəki digər məsələlər müzakirə olunub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 12 Sentyabr 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















