Icma.az
close
up
RU
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində təmir tikinti işlərinin vəziyyəti ilə tanış olub

Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində təmir tikinti işlərinin vəziyyəti ilə tanış olub

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində inşası davam edən Yevlax Olimpiya İdman Kompleksinə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ilə birlikdə baxış keçirib.

İdman.biz xəbər verir ki, nazir tikinti işlərinin vəziyyəti ilə yerində tanış olub, müasir standartlara cavab verəcək kompleksin funksionallığı ilə bağlı cavabdeh şəxslərlə müzakirələr aparıb, müvafiq tövsiyələr verib.

III MDB Oyunlarının boks yarışları məhz bu kompleksdə keçiriləcək.

Nazir həmçinin Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində aparılan əsaslı təmir işləri ilə də maraqlanıb. III MDB Oyunlarının akademik avarçəkmə, kanoe, taekvondo, karate idman növləri üzrə yarışları bu mərkəzdə təşkil ediləcək.

Nazir Fərid Qayıbov Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə birlikdə Qəbələ Olimpiya İdman Kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə də yerində tanış olub. Təmir-bərpa işlərinin yüksək səviyyədə və vaxtında başa çatdırılmasının vacibliyini qeyd edən nazir Fərid Qayıbov hər iki idman qurğusunda aparılan təmir işləri ilə bağlı mütəxəssislərlə fikir mübadiləsi aparıb. Nazir həmçinin Şəki Olimpiya İdman Kompleksinin hazırkı vəziyyəti və davam edən təmir işləri ilə maraqlanıb, müvafiq tövsiyələr verib. Fərid Qayıbov səfər çərçivəsində Şəki şəhər stadionuna da baxış keçirib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Aprel 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see195

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see138

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see129

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see124

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see113

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see113

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

Tramp tezliklə qərar verəcək: FES sədri işdən çıxarılacaq

16 İyul 2025 20:36see111

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see110

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110

Güvən indeksi ciddi dəyər itirən molla rejimi İran prezidentini kimlər və niyə hədələyirlər?

16 İyul 2025 20:13see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri