Fərid Qayıbov xaricdən dəvət edilən idmançılarla bağlı mövqeyini ifadə edib
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Gənclər və idman naziri Fərid Qayıbov idman mediasının nümayəndələri ilə görüşdə federasiyaların legionerləri cəlb etməsinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, nazir fikrini idman mediasının nümayəndələri ilə görüşdə dilə gətirib.
F.Qayıbov xatırladıb ki, bu tendensiya təkcə Azərbaycanda deyil, idmanda böyük nəticələr qazanan ölkələrdə də da geniş yayılıb.
Nazirin sözlərinə görə, şəxsən onların əsas məqsədi yerli idmançıların yetişdirilməsidir və bəzi idman növlərində artıq legionerlərin sayının azaldılması istiqamətində müsbət nəticələr əldə olunub.
Fərid Qayıbov batut gimnastikasını nümunə göstərərək, bu sahədə artıq uğurların olduğunu vurğulayıb.
Nazir eyni zamanda bəzi idman növlərində uzun illərdir xaricdən dəvət olunan idmançıların çıxış etməsinin onu narahat etdiyini bildirib.
O əlavə edib ki, federasiyalar legionerlərin milliləşdirilməsi ilə bağlı hələ də müraciətlər edirlər.
Açıq şəkildə problemin əsas səbəblərindən birinin ağır çəkili idmançıların çatışmazlığı olduğunu deyən Fərid Qayıbov, komanda yarışlarında legionerlərin iştirakının bəzən labüd olduğunu qeyd edib.
Gənclər və idman naziri yeni idman növlərində, xüsusilə qış idman növlərində xaricdən idmançı dəvət edilməsinin başa düşülən olduğunu, lakin artıq bu sahədə də şərait yaradıldığını və yerli idmançıların yetişməsi üçün zamana ehtiyac olduğunu diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 29 Dekabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















