Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”
Icma.az, Apasport portalına istinadən məlumat verir.
“Yarışın keçirilməsində əsas məqsəd idmanın kütləviliyinə nail olmaq, eyni zamanda sağlam həyat tərzini təbliğ etməkdir”.
Apasport.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
O, “Üzgüçülük hamı üçün” turnirinin dördüncü dəfə təşkil olunduğunu bildirib: “Yarışda həvəskar idmançılar da iştirak edirlər. Bölgələrdəki hovuzlarda fərqlənən idmançılar növbəti ilin yanvar ayında keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Sevindirici haldır ki, artıq üçüncü dəfədir qardaş ölkə Türkiyədən olan idmançılar da turnirdə çıxış edirlər. Arenadan da göründüyü kimi, yarışa maraq böyükdür”.
Baxış sayı:91
Bu xəbər 20 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















