Icma.az
close
up
RU
Fərid Şahbazlı: Azərbaycan artıq geosiyasi prosesləri müəyyənləşdirən əsas aktorlardan biridir

Fərid Şahbazlı: Azərbaycan artıq geosiyasi prosesləri müəyyənləşdirən əsas aktorlardan biridir

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, xüsusilə Iğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimi çərçivəsində verdiyi mesajlar, regionun geosiyasi gələcəyini formalaşdıran mühüm hadisələrdən biri oldu. Bu səfər yalnız iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərmədi, eyni zamanda, regional güc balansında Azərbaycan və Türkiyənin strateji rolunu bir daha təsdiqlədi. Prezidentin verdiyi mesajlardan aydın oldu ki, Azərbaycan artıq yalnız regional müstəvidə güclü bir dövlət deyil, həm də geosiyasi prosesləri müəyyənləşdirən əsas aktorlardan biridir".

Oxu.Az xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında ən çox diqqət çəkən məqamlardan biri Qərbi Zəngəzurun Azərbaycanın tarixi torpaqları olması məsələsinin vurğulanması oldu. Siyasi şərhçi bildirib ki, bu, yalnız tarixi bir məsələ deyil, həm də bugünkü geosiyasi müstəvidə çox vacibdir:

"1920-ci illərdə bolşeviklər tərəfindən Zəngəzurun Ermənistana verilməsi, əslində, Azərbaycan və Türkiyənin coğrafi olaraq bir-birindən ayrılmasına səbəb olmuşdu. Bu qərar o dövrün geosiyasi balansını dəyişdirərək, türk dünyasının birləşməsinin qarşısını almağa yönəlmişdi.

Lakin Azərbaycan heç vaxt heç bir dövlətə qarşı ərazi iddiası irəli sürmür. Prezident İlham Əliyev hər zaman bu prinsipial mövqeni açıq şəkildə ifadə edib. Burada söhbət, ilk növbədə, 1988-ci ildə Qərbi Zəngəzurdan deportasiya olunan azərbaycanlıların öz doğma yurdlarına geri qayıtmaq hüququndan gedir. Bu kontekstdə, Azərbaycanın Qərbi Zəngəzuru və ümumiyyətlə, Cənubi Qafqazda baş verən geosiyasi dəyişiklikləri tarixi ədalət çərçivəsində müzakirə etməsi, həm də türk dünyasının bütövlüyü və strateji maraqlarının qorunması baxımından önəmlidir. Burada söhbət yalnız müharibə və münaqişələrdən deyil, həm də diplomatik və iqtisadi yanaşmalardan gedir. Prezidentin bu məsələni açıq şəkildə gündəmə gətirməsi, həm Türkiyə, həm də digər regional aktorlarla aparılacaq gələcək müzakirələrin mühüm təməlini qoyur".

Fərid Şahbazlı bildirib ki, Iğdır-Naxçıvan qaz kəmərinin açılışı bu səfərin əsas tarixi hadisələrindən biri oldu. Onun sözlərinə görə, bu layihə təkcə Azərbaycan və Türkiyənin maraqlarına xidmət etmir, eyni zamanda, regionda enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir:

"Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, son dövrlərdə həyata keçirilən böyük enerji layihələri, xüsusən də Iğdır-Naxçıvan qaz kəməri, Azərbaycan-Türkiyə əlaqələrinin yalnız iki dövlətin maraqları ilə məhdudlaşmadığını, həm də regional və qlobal enerji bazarlarında strateji əhəmiyyət daşıdığını nümayiş etdirir. Bu layihə təkcə Naxçıvanın blokada vəziyyətindən xilas olması üçün deyil, həm də Cənubi Qafqazın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli bir addımdır".

İctimai birlik sədri qeyd edib ki, Prezident İlham Əliyevin bu səfəri, eyni zamanda, Ermənistan və onun havadarlarına ciddi bir mesaj idi:

"Azərbaycan lideri açıq şəkildə bildirdi ki, Ermənistan bölgədə sülh və sabitlik istəyirsə, real addımlar atmalı və Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımalıdır.

Ermənistan uzun illərdir ki, Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışır. Lakin Ankara bu məsələdə Azərbaycanın maraqlarını hər zaman prioritet kimi irəli sürüb. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün deyil. Bu səfər çərçivəsində verilən mesajlar da onu göstərdi ki, Ankara və Bakı bu məsələdə həmrəydirlər".

Fərid Şahbazlının sözlərinə görə, səfərin yekunlarının təhlili bir daha sübut edir ki, Azərbaycan və Türkiyə strateji müttəfiqliyi daha da gücləndirirlər və bu birlik regionun geosiyasi reallıqlarını yenidən formalaşdırır:

"Prezidentin çıxışından aydın oldu ki, Qərbi Zəngəzur məsələsi təkcə tarixi bir problem deyil, həm də Azərbaycan və Türkiyənin gələcək strategiyalarının əsas istiqamətlərindən biri olacaq.

Eyni zamanda, enerji layihələri, xüsusilə Iğdır-Naxçıvan qaz kəməri, Azərbaycan və Türkiyənin bölgədə enerji təhlükəsizliyinə nəzarət edən əsas güclərdən biri olduğunu sübut edir.

Ermənistana verilən mesaj isə ondan ibarət idi ki, bu ölkə real sülh üçün Azərbaycanın şərtlərini qəbul etməlidir, əks halda regional layihələrdən tamamilə kənarda qalacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Mart 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri