Icma.az
close
up
RU
Fərid Şahbazlı: Azərbaycan Türkiyə müttəfiqliyi regionun geosiyasi gələcəyini yenidən formalaşdırır

Fərid Şahbazlı: Azərbaycan Türkiyə müttəfiqliyi regionun geosiyasi gələcəyini yenidən formalaşdırır

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, xüsusilə İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimi çərçivəsində verdiyi mesajlar, regionun geosiyasi gələcəyini formalaşdıran mühüm hadisələrdən biri oldu. Bu səfər yalnız iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərmədi, eyni zamanda, regional güc balansında Azərbaycan və Türkiyənin strateji rolunu bir daha təsdiqlədi. Prezidentin verdiyi mesajlardan aydın oldu ki, Azərbaycan artıq yalnız regional müstəvidə güclü bir dövlət deyil, həm də geosiyasi prosesləri müəyyənləşdirən əsas aktorlardan biridir”.
Demokrat.az
xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında ən çox diqqət çəkən məqamlardan biri qərbi Zəngəzurun Azərbaycanın tarixi torpaqları olması məsələsinin vurğulanması oldu. Siyasi şərhçi bildirib ki, bu məsələ, yalnız tarixi bir məsələ deyil, həm də bugünkü geosiyasi müstəvidə çox vacibdir: “1920-ci illərdə bolşeviklər tərəfindən Zəngəzurun Ermənistana verilməsi, əslində, Azərbaycan və Türkiyənin coğrafi olaraq bir-birindən ayrılmasına səbəb olmuşdu. Bu qərar, o dövrün geosiyasi balansını dəyişdirərək, Türk dünyasının birləşməsinin qarşısını almağa yönəlmişdi.
Lakin Azərbaycan heç vaxt heç bir dövlətə qarşı ərazi iddiası irəli sürmür. Prezident İlham Əliyev hər zaman bu prinsipial mövqeni açıq şəkildə ifadə edib. Burada söhbət ilk növbədə, 1988-ci ildə qərbi Zəngəzurdan deportasiya olunan azərbaycanlıların öz doğma yurdlarına geri dönüş hüququndan gedir. Bu kontekstdə, Azərbaycanın qərbi Zəngəzuru və ümumiyyətlə, Cənubi Qafqazda baş verən geosiyasi dəyişiklikləri “tarixi ədalət” çərçivəsində müzakirə etməsi, həm də Türk dünyasının bütövlüyü və strateji maraqlarının qorunması baxımından önəmlidir. Burada söhbət yalnız müharibə və münaqişələrdən deyil, həm də diplomatik və iqtisadi yanaşmalardan gedir. Prezidentin bu məsələni açıq şəkildə gündəmə gətirməsi, həm Türkiyə, həm də digər regional aktorlarla aparılacaq gələcək müzakirələrin mühüm təməlini qoyur”.
Fərid Şahbazlı bildirib ki, İğdır-Naxçıvan qaz kəmərinin açılışı, bu səfərin əsas tarixi hadisələrindən biri oldu. Onun sözlərinə görə, bu layihə təkcə Azərbaycan və Türkiyənin maraqlarına xidmət etmir, eyni zamanda, regionda enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir: “Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, son dövrlərdə həyata keçirilən böyük enerji layihələri, xüsusən də İğdır-Naxçıvan qaz kəməri, Azərbaycan-Türkiyə əlaqələrinin yalnız iki dövlətin maraqları ilə məhdudlaşmadığını, həm də regional və qlobal enerji bazarlarında strateji əhəmiyyət daşıdığını nümayiş etdirir. Bu layihə, təkcə Naxçıvanın blokada vəziyyətindən xilas olması üçün deyil, həm də Cənubi Qafqazın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli bir addımdır”.
İctimai Birlik sədri qeyd edib ki, Prezident İlham Əliyevin bu səfəri eyni zamanda, Ermənistan və onun havadarlarına ciddi bir mesaj idi: “Azərbaycan lideri açıq şəkildə bildirdi ki, Ermənistan bölgədə sülh və sabitlik istəyirsə, real addımlar atmalı və Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımalıdır.
Ermənistan uzun illərdir ki, Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışır. Lakin Ankara bu məsələdə Azərbaycanın maraqlarını hər zaman prioritet kimi irəli sürüb. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün deyil. Bu səfər çərçivəsində verilən mesajlar da onu göstərdi ki, Ankara və Bakı bu məsələdə tam həmrəylik içindədir”.
Fərid Şahbazlının sözlərinə görə, səfərin yekunlarının təhlili bir daha sübut edir ki, Azərbaycan və Türkiyə strateji müttəfiqliyini daha da gücləndirir və bu birlik regionun geosiyasi reallıqlarını yenidən formalaşdırır: “Prezidenin çıxışından aydın oldu ki, Qərbi Zəngəzur məsələsi təkcə tarixi bir problem deyil, həm də Azərbaycan və Türkiyənin gələcək strategiyalarının əsas istiqamətlərindən biri olacaq.
Eyni zamanda enerji layihələri, xüsusilə İğdır-Naxçıvan qaz kəməri, Azərbaycan və Türkiyənin bölgədə enerji təhlükəsizliyinə nəzarət edən əsas güclərdən biri olduğunu sübut edir.
Ermənistana verilən mesaj isə ondan ibarət idi ki, bu ölkə real sülh üçün Azərbaycanın şərtlərini qəbul etməlidir, əks halda, regional layihələrdən tamamilə kənarda qalacaq”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see139

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see137

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see122

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see120

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri