Icma.az
close
up
RU
Fərid Səfərlinin azadlığa çıxması kimləri narahat edəcək? Azərbaycan öz vətəndaşına sahib çıxdı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Fərid Səfərlinin azadlığa çıxması kimləri narahat edəcək? Azərbaycan öz vətəndaşına sahib çıxdı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlum olduğu kimi, İranda 2023-cü ildə həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli yanvarın 18-də azad edilib.

Tələbə Azərbaycanda casusluğuna görə həbs edilən İran vətəndaşı ilə dəyişdirilib.

Bu barədə DTX və XİN-in birgə məlumatında qeyd edilib.

Belə ki, Fərid Səfərlinin Azərbaycana qaytarılmasından sonra anası Dilarə Əsgərova oğlunun azadlığa çıxmasına, eyni zamanda vətənimizə qaytarılmasına görə cənab Prezidentə təşəkkürlərini bildirib.

Fərid Səfərlinin anası onu da qeyd edib ki, başına gələnlər oğlunu dərin depressiya vəziyyətinə salıb.

Azərbaycanın öz vətəndaşı Fərid Səfərliyə sahib çıxması kimləri narahat edirdi?

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Fəridin Azərbaycana qaytarılması Azərbaycan dövlətinin qətiyyəti sayəsində mümkün olub:

"Fərid Səfərlinin Azərbaycana qaytarılması hər şeydən öncə Azərbaycan dövlətinin qətiyyəti, gücü sayəsində mümkün olub. Biz bilirik ki, hansı ölkənin vətəndaşından asılı olmayaraq İran qeyri-obyektiv əsaslarla, yalançı hüquqi ittihamlarla müxtəlif ölkələrin vətəndaşlarını illər boyu zindana məhkum edir. Bu, insan hüquqları və beynəlxalq hüquqa ziddir. Ona görə də Azərbaycan dövlətinin müvafiq strukturlarının peşəkarlığı olmasaydı, yəqin ki, Fərid Səfərlini hələ uzun müddət qaytarmaq mümkün olmayacaqdı".

Deputat Fəridin azad edilməsindəki vacib amilləri açıqlayıb:

"Ona görə mən düşünürəm ki, burada iki məsələ var. Bir, Azərbaycan dövlətinin harada olursa olsun öz vətəndaşının hüququnu qoruması, ona sahib çıxması. İki, vətəndaşın bu mövqeyi qiymətləndirməsi və öz dövlətinə, dövlət başısına təşəkkür bildirməsi. Bu, milli dövlətin gücünə güc qatan bir hadisədir. Çünki nəticə etibarilə, dövlət o zaman güclü olur ki, xalq tərəfindən dəstəklənir, sevilir. Buna görə də Azərbaycan Prezidenti yerli mediaya müsahibəsində demişdi ki, "bizim üçün əsas fəaliyyət vətəndaşlarımızın mənafelərinin qorunması, onların rifahının saxlanmasıdır. Mən düşünürəm ki, məsələyə həm bu kontekstdən baxmaq lazımdır. Daha qlobal kontekstdən baxmaq istəyiriksə, xatırlayısınızsa, Azərbaycan Prezidentinin çıxışlarının birində qeyd etmişdi ki, dünyada yaşayan bütün Azərbaycanlarının təhlükəsizliyi və salamatlılığı bizim məsələmizdir. Azərbaycan dövləti bunu sübut edir ki, hər bir Azərbaycan vətəndaşının hüququ, təhlükəsizliyi dövlət tərəfindən çox ciddi şəkildə qorunur və qiymətləndirilir".

 

Daha bir deputat Vüqar İskəndərov da Fərid Səfərlinin Azərbaycana qaytarılmasını şərh edib:

"Ölkəmiz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyini möhkəmləndirdi. Yeni, güclü Azərbaycan quruldu və Prezident cənab İlham Əliyevin liderliyi, qətiyyəti, uzaqgörənliyi nəticəsində gündən-günə yalnız regionda yox, qlobal arenada nüfuzunu artırır və hətta ölkə başçımız Azərbaycanın Prezidenti kimi yox, eyni zamanda Qoşulmama Hərəkatının sədri dövründə də qlobal lider kimi dünyanın ən böyük ölkələrinin rəhbərlərinin, ən nüfuzlu liderlərinin sırasında yerini möhkəmləndirib. Təbii olaraq hər bir azərbaycanlı bununla qürur duyur".

Deputat bildirib ki, Fəridin ölkəmizə qaytarılması Azərbaycan Prezidentinin vətəndaşına münasibətinin bariz nümunəsidir:

"Ölkəmizin gücü artdıqca sözlünün kəsəri də artır və bütün sahələrə öz müsbət təsirini göstərir. Bir müddət öncə DTX tərəfindən ölkəmizə qaytarılan azərbaycanlı gənc Fərid Səfərlinin İran məhkəmələrini, hüquq-mühafizə orqanlarının caynağından qurtarılaraq ölkəmizə gətirilməsi ölkə başçısının müstəsna gücünün və səyinin nəticəsidir. Çox böyük uğurdur və bu həm də onu deməyə əsas verir ki, ölkə başçısı, Azərbaycan dövləti hər bir vətəndaşının taleyinə diqqətlə yanaşır, biganə münasibət göstərmir. Həm ölkə gücünün, başçısının nüfuzu belə məsələlərdə çox vacib rol oynayır. Fərid Səfərlinin anası Prezident İlham Əliyevə təşəkkür etdi və onun yaşadığı pis günləri arxada qaldı. Yalnız Fəridin deyil, ümumiyyətlə, digər azərbaycanlıların da hər hansı bir problemi çıxanda dövlət, dövlət başçısı məsələlərə çox həssas və operativ münasibət göstərir. Biz bunu Aktaudakı təyyarə qəzasında da gördük. Həmçinin Azərbaycanda Nürnberq adlandırılan, işğalçılıqla məşğul olan, soyqırımla, digər cinayətlərlə təqsirləndirilən şəxslərin ölkəmizin paytaxtında məhkəməsinin keçirilməsi bir daha ölkəmizin gücünün, nüfuzunun göstəricidir. Düşünürük ki, nüfuzumuz, gücümüz artdıqca hər bir vətəndaşımız dövlətin bu qətiyyətini, siyasətini öz üzərində hiss edir və edəcək".

Mikayıl Mirzəzadə

Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda dərc edilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 Yanvar 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri