Icma.az
close
up
RU
Azərbaycanın müvafiq strukturlarının peşəkarlığı olmasaydı... Deputat Fərid Səfərlinin azad edilməsindən DANIŞDI Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azərbaycanın müvafiq strukturlarının peşəkarlığı olmasaydı... Deputat Fərid Səfərlinin azad edilməsindən DANIŞDI Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Fərid Səfərlinin Azərbaycana qaytarılması hər şeydən öncə Azərbaycan dövlətinin qətiyyəti, gücü sayəsində mümkün olub. Biz bilirik ki, hansı ölkənin vətəndaşından asılı olmayaraq İran qeyri-obyektiv əsaslarla, yalançı hüquqi ittihamlarla müxtəlif ölkələrin vətəndaşlarını illər boyu zindana məhkum edir. Bu, insan hüquqları və beynəlxalq hüquqa ziddir. Ona görə də Azərbaycan dövlətinin müvafiq strukturlarının peşəkarlığı olmasaydı, yəqin ki, Fərid Səfərlini hələ uzun müddət qaytarmaq mümkün olmayacaqdı".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu azərbaycanlı tələbə Fərid Səfərlinin Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ölkəyə qaytarılmasına münasibət bildirərkən deyib.

Deputat Fəridin azad edilməsindəki vacib amilləri açıqlayıb:

"Ona görə mən düşünürəm ki, burada iki məsələ var. Bir, Azərbaycan dövlətinin harada olursa olsun öz vətəndaşının hüququnu qoruması, ona sahib çıxması. İki, vətəndaşın bu mövqeyi qiymətləndirməsi və öz dövlətinə, dövlət başısına təşəkkür bildirməsi. Bu, milli dövlətin gücünə güc qatan bir hadisədir. Çünki nəticə etibarilə, dövlət o zaman güclü olur ki, xalq tərəfindən dəstəklənir, sevilir. Buna görə də Azərbaycan Prezidenti yerli mediaya müsahibəsində demişdi ki, "bizim üçün əsas fəaliyyət vətəndaşlarımızın mənafelərinin qorunması, onların rifahının saxlanmasıdır. Mən düşünürəm ki, məsələyə həm bu kontekstdən baxmaq lazımdır. Daha qlobal kontekstdən baxmaq istəyiriksə, xatırlayısınızsa, Azərbaycan Prezidentinin çıxışlarının birində qeyd etmişdi ki, dünyada yaşayan bütün Azərbaycanlarının təhlükəsizliyi və salamatlılığı bizim məsələmizdir. Azərbaycan dövləti bunu sübut edir ki, hər bir Azərbaycan vətəndaşının hüququ, təhlükəsizliyi dövlət tərəfindən çox ciddi şəkildə qorunur və qiymətləndirilir".

Mikayıl Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 Yanvar 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri