Fərid Seyidova GENERAL rütbəsi verildi DOSYE
Icma.az bildirir, Modern.az portalına istinadən.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Fərid Seyidov bu ilin may ayında Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.
O, əvvəllər Gəncə Hərbi Prokurorluğunda müstəntiq və böyük müstəntiq, Respublika Hərbi Prokurorluğunda Ağır Cinayətlərə dair istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi olub. Bir müddət isə Qarabağ hərbi prokuroru vəzifəsini icra edib. Daha sonra Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb və may ayında həmin şöbənin rəhbəri təyin olunub.
Qeyd edək ki, Fərid Seyidov əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundandır.
Baxış sayı:91
Bu xəbər 07 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















