Fərid Zeynalov: Fərdi məlumatların mühafizəsi haqqında yeni qanun layihəsi hazırlanıb
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti tərəfindən "Fərdi məlumatların mühafizəsi haqqında" yeni qanun layihəsi hazırlanıb".
Oxu.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov "CIDC 2025 - Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalı çərçivəsində baş tutan "Kibercinayətkarlar üçün yeni oyun meydançası: "Ağıllı şəhərlər" adlı panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, qanun layihəsi hazırda baxılmaqdadır:
"Ümid edirik ki, yeni layihə müasir çağırışlara cavab verəcək və insanların, vətəndaşların hüquqlarının lazımı şəkildə qorunmasına yönələcək".
Mərahim Nəsib


