Fərman Həsənov: Döyüşü vaxtından tez bitirməyi fikirləşirdim
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın MMA idmançısı Fərman Həsənov Bakıda Mütləq Döyüş Çempionatının (UFC) turnirindəki qarşılaşmasını vaxtından əvvəl bitirməyi düşünüb. Sport24.az xəbər verir ki, o bu barədə mətbuat konfransında açıqlama verib.
F. Həsənov yarımorta çəkidə ABŞ təmsilçisi Erik Nolana qalib gəldiyi görüş haqqında fikirlərini bölüşüb:
"Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Başımı qaldırıb yuxarı baxanda, millətimi görəndə ancaq qələbə barədə düşünürdüm. Döyüşü vaxtından tez bitirməyi fikirləşirdim. Turnirdən öncəki həftə bir az xəstələndim, problemlər oldu. Sadəcə bəzi narahatlıqlar buna imkan vermədi. Amma belə də üç raundda da qalib oldum".
O, rəqibin də yarışa yaxşı hazırlaşdığını söyləyib:
"Rəqib də yaxşı hazırlaşmışdı. "Takedown" çox etdim və dominantlıq məndə oldu. Səhvlərimin üzərində işləməyə və daha da yaxşı döyüşməyə çalışacağam".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 İyun 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















