Fərman Həsənov: Rəqib yaxşı idi və yaxşı hazırlaşmışdı
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"İlk döyüşüm UFC-də və vətənimdə oldu. Bu, mənim üçün böyük motivasiyadır. Qələbə ilə başa vurmaq qürurverici hissdir. Başımı qaldırıb millətimi görəndə duyğularımın pis olması mümkün deyildi".
Metbuat.az-ın məlumatına görə, bunu UFC döyüşçüsü Fərman Həsənov döyüşdən sonrakı mətbuat konfransında deyib.
O bildirib ki, qəfəsin içində yalnız qələbə haqqında düşünürdü:
"Döyüşü vaxtından əvvəl bitirməyi düşünürdüm. Sadəcə, döyüşdən əvvəlki həftə bir qədər xəstələndim. Bu həftə çəkini daha yaxşı verdik və qalib gəldik. Planımız döyüşü vaxtından əvvəl başa vurmaq idi. Yenə də hər üç raundda üstün oldum. Əsas olan da budur. Rəqib yaxşı idi və yaxşı hazırlaşmışdı".
Qeyd edək ki, UFC tədbirində ilkin karta yekun vurulub. İlk mərhələnin son döyüşü yarımorta çəki dərəcəsində baş tutub. Azərbaycan təmsilçisi Fərman Həsənov braziliyalı rəqibi Erik Nolan üzərində qələbə qazanıb.
Əlavə edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev və Manuel Torres qarşılaşacaq.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 İyun 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















