Icma.az
close
up
RU
Fermasında elə bir dəyişiklik etdi ki, hər il yarım milyon dollar qazanır

Fermasında elə bir dəyişiklik etdi ki, hər il yarım milyon dollar qazanır

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də bir fermer torpağının bir hissəsini külək enerjisi istehsalı üçün icarəyə verərək böyük gəlir əldə edir. O, heyvandarlıqla məşğul olmağa davam etməklə yanaşı, hər il təxminən 500 min dollar əlavə qazanc götürür.

“Yeni Sabah” xəbər verir ki, ABŞ-nin Kanzas ştatının Flint Hills bölgəsində yaşayan Pit Ferrell 2800 hektar ərazidə heyvandarlıqla məşğuldur. Fermer təsərrüfatına yeni gəlir mənbəyi əlavə etmək üçün torpağının bir hissəsini külək enerjisi istehsalı məqsədilə icarəyə verib. O, elektrik enerjisinin satışından deyil, ərazisindən istifadə üçün ödənilən icarə haqqından pul qazanır.

2005-ci ildə fəaliyyətə başlayan Elk River külək elektrik stansiyasının ümumi gücü 150 meqavatdır. Stansiyanın yarısı Ferrellə məxsus torpaqda yerləşir. Fermerin ərazisində hər birinin gücü 1,5 meqavat olan 50 külək turbini quraşdırılıb. Turbinlər, onlara aparan yollar və digər qurğular birlikdə 20 hektar ərazini əhatə edir. Torpağın qalan hissəsində isə fermer əvvəlki kimi mal-qara saxlayır. Ətraf Mühitin Müdafiəsi Fondunun məlumatına görə, Ferrell ərazisindəki hər külək turbininə görə ildə təxminən 10 min dollar icarə haqqı alır. Online alış-veriş

Beləliklə, 50 turbindən əldə etdiyi illik gəlir təxminən 500 min dollara çatır. İstehsal olunan elektrik enerjisi regional elektrik şəbəkəsinə ötürülür. Fermer isə enerji satışından pay almır, yalnız torpağından istifadəyə görə ödəniş əldə edir.

Pit Ferrell 1990-cı illərdə külək turbinlərinin otlaqlara zərər verə biləcəyindən ehtiyatlandığı üçün ona edilən ilk təklifləri qəbul etməyib. Lakin sonradan aparılan araşdırmalardan sonra “Green Energy Resources” şirkəti ilə müqavilə bağlayıb. Bununla da fermer heyvandarlıq fəaliyyətini dayandırmadan torpağının bir hissəsini külək enerjisi istehsalı üçün icarəyə verib və əlavə gəlir mənbəyi yaradıb.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Noyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see301

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see298

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see293

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see278

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see266

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see265

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see252

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see248

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see246

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see246

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see229

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see229

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see228

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see227

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see224

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see217

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see214

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see211

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri