Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə avqustun 21-27-də Qazaxıstan və Özbəkistanda tanıtım xarakterli silsilə təqdimatlar keçirilib.
Agentliyin məlumatına əsasən, “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla 8 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə reallaşdırılan proqram Şımkent, Almatı, Astana və Daşkənd şəhərlərini əhatə edib. Qazaxıstan və Özbəkistanda keçirilən tədbirlərdə, ümumilikdə, 400-dən çox turizm agentliyi, turoperator, aviaşirkət, hotel, media qurumu və turizm sənayesinin digər nümayəndələri iştirak edib.
Hər iki ölkədə Azərbaycanın zəngin turizm imkanları, bu sahədəki son yeniliklər və müxtəlif turizm məhsulları barədə təqdimatlar keçirilib. İştirakçılara Xəzər dənizi sahilində istirahət, dağ-xizək mərkəzləri, sağlamlıq turizmi, qastronomiya, macəra və aktiv istirahət, mədəni turizm imkanları, eləcə də ölkənin müasir turizm infrastrukturu haqqında məlumat verilib. İşgüzar görüşlər Qazaxıstan və Özbəkistanın turizm sənayesi nümayəndələri ilə azərbaycanlı tərəfdaşlar arasında əməkdaşlıq perspektivlərinin və birgə layihələrin həyata keçirilməsi imkanlarının müzakirəsi üçün platforma rolunu oynayıb. İştirakçılara Azərbaycanın zəngin mədəniyyəti, milli mətbəxi və ənənəvi rəqsləri də təqdim olunub.
Yeri gəlmişkən, bu ilin yanvar-iyul aylarında Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq 62 min 79 nəfərə çatıb. Cari ilin 7 ayında Özbəkistandan da ölkəmizə turist axınında artım müşahidə olunub. Belə ki, hesabat dövründə ölkəmizə gələn özbək qonaqların sayı 40,2 faiz artaraq 42 min 288 nəfər təşkil edib.
XQ
Baxış sayı:359
Bu xəbər 29 Avqust 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















