Fernandez Puyana: Azərbaycan həmrəyliyin və əməkdaşlığın həyata keçirilməsində öncül rol oynayır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 28 aprel, AZƏRTAC
Cənubi Qafqaz daim dəyişikliklərdən keçir. Günümüzdə bu region güclü və ilhamverici bir sülh prosesinə doğru irəliləyir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Universitetinin (UPEACE) Vyana və Cenevrədəki BMT ofisləri yanında səfiri David Fernandez Puyana aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.
Səfir qeyd edib ki, Qlobal Cənub və Qlobal Şimalın qovuşuğunda yerləşən Azərbaycan həmrəyliyin və əməkdaşlığın həyata keçirilməsində öncül rol oynayır.
O, əziyyət çəkən insanların, xüsusilə məcburi köçkün və qaçqınların vəziyyətinə diqqət yetirməyin vacibliyini vurğulayıb. Bildirib ki, onların mühafizəyə ehtiyacı var.
David Fernandez Puyana əlavə edib ki, bu gün dünyada münaqişələr və iqlim dəyişmələri nəticəsində 123 milyon insan öz evlərindən didərgin düşüb. Sülh isə ən dayanıqlı həll yoludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 28 Aprel 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















