Prokuror ona ağır cəza istədi
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda yol qəzası nəticəsində 1 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Mircəlil Əzizlinin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən yekun iclasda prokuror təqsirləndirilənin 7 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Növbəti proses dekabrın 9-na təyin edilib.
Qeyd edək ki,hadisə 2925-ci ilin avqustunda Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.Bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Araşdırmalarla müəyyən edilib ki, qəza zamanı dünyasını dəyişən Təbriz Şəfiyev hadisədən əvvəl idarə etdiyi avtomobilin nasaz olması səbəbindən birinci zolaqda saxlayıb. Bu zaman həmin zolaqla hərəkətdə olan sürücü Mircəlil Əzizli idarə etdiyi “Toyota” markalı avtomobil ilə T.Şəfiyevin avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə maşının ön hissəsində olan T.Şəfiyev zərbənin təsirindən ikinci zolağa düşüb və bu zaman həmin zolaqda hərəkətdə olan Bəxtiyar Rəhimlinin idarə etdiyi “Mercedes” markalı avtomobilin alt hissəsində qalaraq hadisə yerində ölüb. Qəza zamanı həmçinin sürücü M.Əzizlinin idarə etdiyi avtomobil digər bir sürücü Mehrac Zeynallıya məxsus “Mersedes” markalı nəqliyyat vasitəsi ilə də toqquşub.
Faktla bağlı başlanan cinayət işinin istintaqı zamanı avtotexniki ekspertizalar təyin edilib. Ekspertizanın yekun rəyi zamanı hadisə zamanı sürücü M.Əzizlinin qəzanın qarşısını almağa texniki imkanının olduğu, digər iki sürücününü isə hadisənin qarşısını almağa texniki imkanlarının olmadığı barədə yekun ekspert rəyi verilib. 26 dekabr 2025-ci il tarixdə sürücü M.Əzizli Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib.
Baxış sayı:116
Bu xəbər 25 Noyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















