Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Fernandu Santuş: Portuqaliya və Azərbaycan millilərini müqayisə edə bilməzsiniz

Fernandu Santuş: Portuqaliya və Azərbaycan millilərini müqayisə edə bilməzsiniz

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında çıxış edib. 

Apasport.az xəbər verir ki, portuqaliyalı baş məşqçi oyunu dəyərləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb: 

"İlk hissədə hər iki komandanın intensiv oyunun gördük. Balanslı oyun keçdi. İlk 10-15 dəqiqə oyunçularım daha çox arxaya meyilli oynadılar, onlara başa saldıq ki, irəli çıxmaq lazımdır, futbol oynamaq lazımdır. Ondan sonra yavaş-yavaş hücumlar qurmağa başladılar. İkinci hissə oyuna yaxşı başladıq. Xəyal Əliyev mükəmməl oynayırdı. Müdafiədə və hücumda çox işləməli olurdu. Toral Bayramovun da zərbəsi oldu. İkinci hissəyə yaxşı başladıq. Renat Dadaşovu meydana buraxdım ki, fiziki cəhətdən yaxşıdır. Şahin Şahniyarov da yaxşı oynadı. İlk oyunu idi. 55-ci dəqiqədən sonra çətinlik çəkdiyini hiss etdik və onu dəyişdik. Təəssüflər olsun ki, asan qollar buraxdıq. Bu da futbolun bir hissəsidir. Bu cür şeylərə görə çox üzülürük. Rəqib 1:0 irəli keçdikdən sonra ruhdan düşmədik. Çalışırdıq ki, bərabərlik qolunu vuraq. Hiss edirdim ki, qol vura bilərik. Buna görə üçlü müdafiə sisteminə keçdik. İki hücumçu ilə oynayırdıq. Amma ikinci qolu buraxdıq. Yüksək səviyyəli rəqabətdə, mübarizədə belə bəsit qollar buraxmaq olmaz. Komandam yaxşı çıxış etdi. Pozitiv cəhətlər çox oldu. Bu gün çıxış edənlərin hər biri milli səviyyəsində oynamağa bacarığı olduğunu göstərdi. Nəticə neqativ oldu, istədiyimizi əldə edə bilmədik".

- Yekunda yenə uduzdunuz. Azərbaycan millisində özünüz üçün təyin etdiyiniz məğlubiyyət limiti nə vaxt tükənəcək?
- Biz hər şeyi edirik ki, uduzmayaq. Oyunçularım əlindən gələni etdilər ki, uduzmasınlar. Hamısı üzgündürlər. İşimizə davam etməliyik. Bu gün oyunçular yaxşı çıxış etdi. Öz üzərimizdə işləməliyik ki, nəticə də gəlsin.

- Zamiq Əliyev İsveçlə görüşdə də Belarusla görüşdəki kimi səhv etmişdi. Növbəti matçda ona start heyətində şans verəcəksiniz?
- Unutmayaq ki, Zamiqin 20 yaşı var. Bu gənclər hamısı davamlı oynamalıdırlar ki, özlərinə inam yaransın.

- Cinah müdafiəçisi kimi stoperləri oynatdınız. Sizə görə Azərbaycanda cinah müdafiəçisi yoxdur? Qismət Alıyevi niyə milliyə cəlb etməmisiniz?
- Qismət Alıyev milliyə cəlb olunub. Mən oyunlara baxıram. Amin Seydiyev, Mert Çelikin oyununu daha çox bəyəndim. Üç gün əvvəl deyirdiniz, o oyunçu niyə oynamır, indidə deyirsiniz başqası niyə oynamır?

- Portuqaliya Futbol Federasiyasının rəhbərliyi 8 oyundan 7-də uduzan əcnəbi məşqçini saxlayar, yoxsa yox?
- Milli komanda ilə 109 oyun keçirmişəm. Onun 20-də uduzmuşuq. Portuqaliya və Azərbaycan millisini müqayisə edə bilməzsiniz. Portuqaliyada 2 oyun uduzanda göndərirlər. Mən heç vaxt ardıcıl 2 oyunda uduzmamışam. Avropa çempionu və Millətlər Liqasının qalibi olmuşam. Yunanıstanda da ardıcıl 2 oyun uduzmamışam. Bu sualı federasiyaya vermək lazımdır, mənə yox.

- Azərbaycan millisində 8 oyunun 7-də uduzmusuz. Millinin passivində bu rəqəmlər neçəyə qalxmalıdır ki, anlayasız ki, Azərbaycanda sadəcə dəyərli vaxtınızı itirirsiz?
- Bu sual mənə aid deyil. Mənim müqaviləm var. Baş məşqçinin işi odur ki, oyunçuların potensialına baxsın, hazırlasın. Bu gün bir addım önə atdıq. Çoxlu gənclər oynadı. Bu da irəliyə doğru atılmış addımdır. Bu işə köklənmişik.

- Futbol ictimaiyyəti və azarkeşlər bu məğlubiyyətlərə görə əsəbidir. Buna görə üzr istəmək istəyirsiz ki, azarkeşlər sakitləşsin?
- Üzr istəmək başqa bir şeydir. Əlbəttə ki, azarkeşlərin istəklərini qarşılamalıyıq, onları sevindirməliyik. Onlarla eyni hissləri keçiririk. Bu nəticələrə görə üzülürük. Heç kim hazırkı duruma görə sevinmir, nə mən, nə oyunçular. Əlimizdən gələni etməliyik ki, bu vəziyyəti yaxşıya doğru dəyişək. Kifayət qədər də gücümüz var ki, işimizi davam etdirək. Gün gələcək ki, azərbaycanlı azarkeşlər, futbol ictimaiyyəti də nəticələrə sevinəcək. Düşündüyümdən çox çəkəcək. Amma mən dərk edirəm ki, asan bir şey deyil. Bu haqda söhbətlər edəndə də vurğulamışam ki, asan bir şey deyil. Rəhbərliklə də danışanda 3+1 illik müqavilə razılaşdırmışıq. Bundan öncə də hamısını başa salmışam. Əgər bura 1 və ya 2 illik təklif olsaydı, gəlməzdim. Gəlməyəcəkdim. Çünki bilirəm ki, asan proses deyil.Azərbaycan gözəldir, Bakı mükəmməldir, hər şey top səviyyədədir. Bu haqda danışmırıq. Məsələ odur ki, əgər danışıqlarda bu cür şərt olmasaydı, onda bura gəlməyəcəkdim. Dəfələrlə demişəm. Bəlkə də hamıdan çox üzgünəm. Karyeram boyu bu qədər uduzmamışdım. Öz işimə inanııram, oyunçuların potensialına da inanıram. İstədiyimiz nəticələri əldə edə bilərik.

- Bu matçlar göstərdi ki, Haiti və Belarusla eyni səviyyədədir. Rusiya Zambiya və Bruney milliləri ilə, böyük hesablarla qarşılaşır... Qələbə ruhunu qaytarmaq üçün belə rəqiblərlə qarşılaşmaq istəyərsiz?
- Əgər inkişaf etmək istəyiriksə, daha güclü rəqiblərə qarşı oynamaq lazımdır. Sual yaxşı sualdır. Qələbə qazanmaq üçün ən aşağı səviyyə millilərlə razılaşıb, oynayarıq. Hamı bu nəticələrə sevinər. Daha güclü rəqiblər oynayacağıq ki, inkişaf edək.

Donald Gerye: "Haitinin udacağını sizə demişdim" Halil Umut Meler matç zamanı zədələnib Orxan Əliyev: "Uduzsaq, yenə söz-söhbət olacaq" Kamerunlu futbolçu "Qarabağ"a gəlmədi - "Botev"də qalır Elçin Səmədli Avropa çempionatına təyinat alıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://apasport.az
archiveBu xəbər 26 Mart 2025 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see132

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see127

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri