Icma.az
close
up
RU
Fərqli Qətər: Dohadan kənarda nələr gizlənir?

Fərqli Qətər: Dohadan kənarda nələr gizlənir?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Son 3 ildə Qətər azərbaycanlı turistlər üçün ən cəlbedici istiqamətlər siyahısına inamla daxil olub - "Kazunion Touroperator Azerbaijan by Rustar" şirkətinin AZAL ilə birgə açdığı birbaşa reys, yüksək xidmət səviyyəsi, təhlükəsizlik və komfort ölkəni həm qısamüddətli səfərlər, həm də tam məzuniyyət üçün populyar seçimə çevirib.

Bu gün Qətər çimərlik istirahətini, mədəni kəşfləri və Şərq ekzotikasını bir səyahətdə birləşdirmək istəyənlər üçün ideal istiqamətdir. Bununla belə, əgər sizə elə gəlirsə ki, Qətər yalnız Dohanın göydələnlərindən, muzeylərindən və ticarət mərkəzlərindən ibarətdir, yanılırsınız. Bu şəhərin hüdudlarından kənarda xeyli maraqlı yerlər gizlənib. Paytaxtın ritmindən uzaqda sizi daha autentik, daha sakit, zəngin təbiətə və tarixə malik tamamilə fərqli bir Qətər gözləyir. Bu məqalədə sizə Qətərin niyə təkcə Dohadan ibarət olmadığı və ölkənin həqiqətən müxtəlifliyi və qeyri-adilikləri ilə tanış olmaq üçün hansı şəhərləri, kurortları və guşələri marşrutunuza daxil etməyin lazım olduğu barədə danışacağıq.

ƏL-XOR

Əl-Xor - Qətərin şimalında yerləşən şəhərdir. Əvvəllər balıqçıların yaşayış məskəni və mirvari çıxarma mərkəzi olan bu şəhər hazırda aktiv şəkildə inkişaf edir. Dohadan çox da uzaqda yerləşməyən Əl-Xor neft-qaz sənayesinin mühüm qovşağıdır. Yaxınlıqda yerləşən Ras-Laffan sənaye mərkəzi və "North Oil" şirkəti şəhərdə nəzərəçarpacaq sənaye izləri buraxsa da, bunun arxasında zəngin təbiət gizlənir.

Şəhərin ətrafında qədim Əyn-Xlitan quyusu, Əl-Xor qüllələri, Əl-Təkir manqrov meşələri, "Purple" (Bin-Qannam) adası, Əl-Fərkiya çimərliyi, Əl-Xor parkı və zooparkı, həmçinin 2022-ci ildə Qətərdə keçirilmiş futbol üzrə Dünya Çempionatının açılış oyununun baş tutduğu "Əl-Bayt" stadionu yerləşir.

DUHAN

Duhan - Qətərin qərbində yerləşən sənaye şəhəridir. Ərazidə neft kəşf edildikdən sonra məşhurlaşmış, ziyarətlər və fotoçəkilişlər üçün məhdudlaşdırılmışdır, lakin şəhərin ətrafı səyahət həvəskarları üçün əsl tapıntıdır. Buranın mənzərəli təbiət landşaftı, unikal incəsənət obyektləri və görməli yerləri göz oxşayır.

Yaxınlıqda yerləşən ziyarət edilməli yerlərin bəziləri bunlardır: Duhan çimərliyi - Ərəb körfəzinə gözəl mənzərə açılan, təmiz qumlu sakit məkan; Zikrit - qədim Qətərin memarlığını və mədəniyyətini təcəssüm etdirən tarixi yaşayış məskəni, keçmişin nəfəsinin hiss olunduğu məkan; Riçard Serranın "East-West/West-East" instalyasiyası - monumental formaları heyranlıq doğuran müasir incəsənət obyekti; "Film City" - tematik kino sənayesi parkı, çəkilişlərin atmosferinə qərq olmaq və canlı fotolar çəkmək üçün ideal məkan.

MƏDİNƏT-ƏŞ-ŞƏMAL

Mədinət-Əş-Şəmal - Qətərin ən şimal şəhəridir. Şəhərin əsası 1970-ci illərdə qoyulmuşdur. Bu gün ölkənin ən sakit və az məskunlaşmış bölgələrindən biridir, ətrafında tərk edilmiş balıqçı kəndləri və insanların il boyu sakitlikdən həzz almaq və dənizdə çimmək üçün gəldiyi çimərliklər var. Burada təmiz suyun və sakit atmosferin harmoniyası olan Fuveyrit, Şəmal, Maruna, Ras-Matbax və Əl-Qaria çimərliklərini ziyarət etmək tövsiyə olunur, Fuveyrit çimərliyində isə yazda tısbağalar yumurtadan çıxır, ona görə də aprel ayından iyul ayına qədər ərazi onların qorunması üçün bağlı olur.

ƏR-RUVAYS

Ər-Ruvays - Mədinət-Əş-Şəmalın şərqində yerləşən, sakit atmosferi və mənzərəli yerləri ilə tanınan kiçik sahil şəhərciyidir. Burada səyahətçiləri rahatlığın və dəniz romantikasının nadir ahəngi gözləyir: keçmiş polis məntəqəsinin binasında Ərəb körfəzinə mənzərə açılan və əla qəhvəsi ilə tanınan "Arsan Café" fəaliyyət göstərir, onun bir neçə addımlığında isə şəffaf dayaz suyu olan sakit çimərlik yerləşir.

ABU-ZALUF

Abu-Zaluf Mədinət əş-Şəmalın qərbində yerləşir və faktiki olaraq onun davamıdır. Qətərin şimalında yerləşən, ən rahat və yaşıl parklardan biri sayəsində diqqəti cəlb edən bu sakit sahilyanı kənd ailəvi istirahət və xoş gəzintilər üçün ideal məkandır.

Yaşıllığa qərq olmuş bu parkda uşaqlar üçün oyun zonaları, piknik meydançaları və təhlükəsiz dayaz sulu çimərliyə çıxış yerləşir. Amma bu da hələ son deyil. Regionun ən gözəl mənzərəsi də məhz burada açılır: dənizin üzərində qürub edən günəşin şəfəqləri Abu-Zalufu xəyallarda canlandırdığımız kadra çevirir.

MESAYİD

Mesayid - XX əsrin ortalarında "Qatar Petroleum" tanker terminalının əsasının qoyulduğu Qətərin strateji əhəmiyyətli neft-qaz şəhəridir. Yaxınlıqda yerləşən Silayn çimərliyi su idmanı, səhra safarisi və mənzərəli gün batımı həvəskarları arasında məşhurdur. Xor Əl-Adayid (Daxili dəniz) və onu əhatə edən təpələr, hərəkət edən qumun qeyri-adi səslər çıxardığı "oxuyan qum təpələri" fenomeni ilə tanınır.

ƏL-VƏKRƏ

Əl-Vəkrə - Dohadan cənubda yerləşən, ənənəvi atmosferi və müasir infrastrukturu harmonik şəkildə birləşdirən tarixi sahil şəhəridir. Burada yerləşən ən diqqətçəkən məkan köhnə "Souq Al Wakrah" bazarıdır. Bazar dar küçələri, ənənəvi memarlığı, sənətkarlıq məhsullarının və ədviyyatların satıldığı mağazaları, həmçinin köhnə şəhərin sahilboyu ərazilərində yerləşən kafeləri ilə fərqlənir. Əl-Vəkrənin sahil xətti dəniz dalğalarının sakitlik gətirən səsi fonunda rahat gəzintilər üçün ideal məkandır, bazarın yanında isə geniş çimərlik yerləşir.

Qətər müxtəlifliyi ilə təəccübləndirməyi bacarır. Bu ölkə aktiv və passiv istirahət imkanları, şəhərləri və təbiəti, tanışlığı və gözlənilməzliyi ilə seçilir. Burada çimərlik və səhra safarisi sevənlər, incəsənət və memarlıq həvəskarları, ailəvi səyahət və təkbaşına istirahət aşiqləri üçün hər şey var. Hansı marşrutu seçmək isə artıq sizdən asılıdır!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Yanvar 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see721

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see446

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see400

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see378

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see324

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see310

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

03 Avqust 2026 23:24see292

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see281

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see209

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see207

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see194

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see184

“Neftçi” məşqləri bərpa etdi

04 Avqust 2026 00:52see182

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see181

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

03 Avqust 2026 14:54see180

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see176

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see175

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see174

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see172

Əzələlərimiz yaşlanmanı necə idarə edir..?

03 Avqust 2026 21:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri