Icma.az
close
up
RU
Ferqus Auld: Azərbaycan COP29a hazırlıqla bağlı heyrətamiz iş görüb

Ferqus Auld: Azərbaycan COP29a hazırlıqla bağlı heyrətamiz iş görüb

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Azərbaycan ötən ilin dekabr ayından etibarən COP29-a hazırlıq çərçivəsində heyrətamiz iş görüb və onun liderliyi cari tədbirdə mühüm əhəmiyyət kəsb edir".

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) Azərbaycan nümayəndəliyinə bildirib.

Diplomat qeyd edib ki, COP29-un uğurla həyata keçirilməsində Azərbaycana dəstək verilməsi Böyük Britaniya səfirliyinin bu il üçün əsas prioriteti olub.

"Azərbaycan keçən ilin dekabr ayından etibarən COP29-a hazırlıqla bağlı sıfırdan başlayaraq heyrətamiz iş görüb. Böyük Britaniyanın Qlazqoda keçirilmiş COP26-ya hazırlaşmaq üçün iki il vaxtı var idi. Azərbaycan sədrliyi isə təşəbbüsü öz üzərinə götürərək tərəfləri dinləyib və tez uyğunlaşıb", - o deyib.

Auld həmçinin qeyd edib ki, Böyük Britaniya mühüm addım atıb və 2030-cu ilə qədər təmiz enerjiyə keçmək niyyətini açıqlayıb.

"Biz sentyabrın 30-da kömürlə işləyən son elektrik stansiyasını bağlayaraq, kömürdən imtina edən dünyanın ilk böyük iqtisadiyyatı olduq. COP29-da 1.5 dərəcə hədəfinə çatmaq üçün iqlimlə bağlı tədbirlər haqqında daha ətraflı informasiyalar paylaşırıq. Biz hər bir ölkənin töhfə verməsini istəyirik", - səfir vurğulayıb.

Onun sözlərinə görə, Britaniya COP29 çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin açılması, emissiyaların azaldılması və iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşma kimi mühüm məqsədlərə nail olmaq üçün səy göstərmək niyyətindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Noyabr 2024 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri