Ferran Torres: “Dünya çempionatının finalındakı qolumu hər gün izləyirəm”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Futbol üzrə İspaniya millisinin və PSJ-nin hücumçusu Ferran Torres 2026-cı il dünya çempionatının finalında vurduğu qola hər gün baxdığını bildirib.
Xatırladaq ki, 26 yaşlı futbolçunun 106-cı dəqiqədə dəqiq zərbəsi İspaniyaya Argentina üzərində 1:0 hesablı qələbə qazandırıb.
İdman.Biz xəbər verir ki, istedadlı futbolçunun fikirlərini “El Hormiguero” dərc edib.
“Artıq həmin qola milyon dəfə baxmışam. Gündə ən azı bir dəfə izləyirəm. Mən Andres İnyestanın 2010-cu il dünya çempionatının finalında yaşadığı hisslərin eynisini keçirdim. Zərbə vurdum, sonra bir saniyəlik sükut oldu və artıq qolu qeyd edirdim. Qolu qeyd edərkən necə qol vurduğumu belə xatırlamırdım.
Dünya çempionatının finalında vurduğum qolu Çempionlar Liqasının finalında vuracağım üç qola dəyişməzdim”, - deyə Torres bildirib.
Qeyd edək ki, dünya çempionatının başa çatmasından qısa müddət sonra Ferran Torres “Barselona”dan PSJ-yə keçib.
Baxış sayı:100
Bu xəbər 22 Sentyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















