Ferrari komandasının rəhbəri Monakoda xəstəxanaya yerləşdirilib
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
"Formula-1" üzrə dünya çempionatında yarışan "Ferrari" komandasının rəhbəri Frederik Vassyör Monakoda xəstəxanaya yerləşdirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Ferrari"nin mətbuat xidməti məlumat yayıb.
"Vassyör bu gün trekdə olmayacaq. Bir neçə tibbi müayinədən sonra o, yerli tibb müəssisəsində həkimlərin nəzarəti altında qalacaq. Biz ona tezliklə sağalmasını və geri dönməsini arzulayırıq", - deyə "Ferrari"nin bəyanatında qeyd edilib.
Bu həftəsonu Monakoda "Formula-1"in altıncı mərhələsi keçirilir, bu gün isə əsas yarışın sıralanma turu baş tutacaq. "Ferrari" komandasının sürücüləri yarışın əsas favrotləri hesab olunurlar.
58 yaşlı Vassyör 2023-cü ilin yanvar ayından etibarən "Ferrari"yə rəhbərlik edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:134
Bu xəbər 06 İyun 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















