Icma.az
close
up
RU
Ferstappenin qəfil və müəmmalı səfəri

Ferstappenin qəfil və müəmmalı səfəri

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Red Bull”un pilotu Maks Ferstappen iyulun 11-də Sardiniyaya yollanıb.

“Mersedes”in rəhbəri Toto Volffun da İtaliyanın adı çəkilən şəhərində görünməsi şayiələrə yol açıb. Axı son günlərdə niderlandlı pilotun “Mersedes”ə mümkün keçidi ilə bağlı xəbərlər dolaşır. Cari mövsümdə 12 mərhələdən sonra 165 xalla 3-cü yerdə qərarlaşan Ferstappenin indiki durumdan məmnun olmadığı hər kəsə aydındı. Ancaq konkret Sardiniya səfərinə gəlincə, Maksın rəfiqəsi Kelli Pike sosial şəbəkə hesabında yaydığı şəkillə məsələyə aydınlıq gətirib. O, pilotla birgə şəklinin altında belə yazıb: “Kiçik məzuniyyət”.
“Haas”ın sabiq rəhbəri Günter Ştayner də əmindi ki, Ferstappen 2026-cı ildə komandasını dəyişməyəcək:

“Düşünürəm ki, Maksın gələn il “Red Bull”da qalacağı dəqiqdi. O, vəziyyətin necə olacağına baxacaq – hansı komanda güclüdü, hansı zəifdi. Maksın müqaviləsində növbəti mövsüm yaxşı alınmayacağı təqdirdə getməsinə imkan verən bənd var. Ancaq indi keçid çox riskli olardı”.


Ştaynerin fikrincə, 2027-ci ildə də Ferstappenin komandasını dəyişmək şansı olacaq, ancaq tələsik qərar verməyə dəyməz:

“Ən yaxşı komanda həmişə ən yaxşı pilotu istəyir, ən yaxşı pilot də ən yaxşı komandanı. Ancaq əvvəlcə anlamaq lazımdı ki, reqlament dəyişəndən sonra kim gerçəkdən lider olacaq. Cəmi birillik müqavilə bağlamaq məntiqsizlikdi”.


Ferstappenin tezliklə komandasını dəyişəcəyini düşünənlər də var. “Formula-1”in sabiq pilotu Ralf Şumaher belə hesab edir ki, Hornerin “Red Bull”un rəhbər postundan getməsinə baxmayaraq, niderlandlı pilot da ayrıla bilər:

“Düşünmürəm ki, bu iki məsələ bir-biri ilə birbaşa bağlıdı. Güman edirəm ki, Maks da eyni mövqedədi. Əlbəttə, Ferstappen “Red Bull”da qalmaq istəyərdi, mümkün olsaydı. Onun üçün hər şey “Red Bull”da başlayıb, çox şeyə görə bu komandaya borcludu. Ancaq bu durumdan çıxmaq üçün zamana ehtiyac var. Gələn il yeni reqlament işə düşəcək, “Red Bull” vəziyyəti düzəldə bilər. Şəxsən mənə bunun necə baş verəcəyini təsəvvür etmək çətindi. Axı Pyer Vaşe son iki il ərzində güclü və idarə oluna bilən maşın qurmayıb. Bu üzdən Ferstappen heç nəyi nəzərə almadan komandadan getmək variantını gözdən keçirir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 İyul 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri