Festivalda Madyarın üzünə içki atıldı Video
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Macarıstanın Baş naziri Peter Madyar Seçardda keçirilən ənənəvi məhsul festivalında vətəndaşlarla görüşərkən hücuma məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, Madyar festival ərazisində insanlarla söhbət edib şəkil çəkdirərkən naməlum şəxs onun üzünə içki atıb.
Hadisəyə dərhal müdaxilə edən mühafizəçilər və təhlükəsizlik əməkdaşları həmin şəxsi ərazidən uzaqlaşdırıblar.
Hadisədən sonra Madyar sosial media hesabında hücumçunu tənqid edib və onu “uğursuz Orban döyüşçüsü” adlandırıb.
Madyar bildirib ki, hücum edən şəxs onunla üz-üzə gəlməyə cəsarət etməyib.
“Hamının əyləndiyi, yüzlərlə insanla söhbət etməyimiz və şəkil çəkdirməyimiz həmin şəxsi narahat etmiş olmalı idi. Əlbəttə, yaxınlaşıb gözlərimin içinə baxmağa cəsarət etmirdi. Sərxoş, uğursuz Orban döyüşçüsü cəsarət toplamağa çalışırdı”, - deyə Madyar yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 20 Sentyabr 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















