Vaqif Sadıqov “Sabah”ın məğlubiyyətinin səbəblərini açıqladı
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sabah” matça pis başlamadı. Oyundan əvvəl açıqlama verəndə bildirmişdim ki, erkən vurulan qol komandamızı önə keçirəcək və məcbur edəcək ki, ev sahibləri hücuma atılsınlar, əks-hücumlarda “Sabah”ın şansları qat-qat artsın. Bu da istədiyimiz nəticəni əldə etməyə imkan yaradacaq”.
Bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən “Vikinq” - “Sabah” oyunu (4:1) barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis Bakı təmsilçisinin məğlubiyyət səbəblərini təhlil edib, müdafiədəki mövqe səhvlərinə, qırmızı vərəqə epizoduna və komandanın qazandığı beynəlxalq təcrübəyə diqqət çəkib.
“Sabah” müdafiə xəttinin qurbanı oldu. Komandamız önə keçdikdən sonra üstünlüyü qoruya bilmədi və mərkəz müdafiəçisinin mövqe səhvi ev sahibi “Vikinq”in hesabı bərabərləşdirməyinə səbəb oldu.
Oyunun qırılma nöqtəsi və fərdi səhvlər ona gətirdi ki, komanda bu nəticə ilə məğlub oldu. İkinci hissəyə yaxşı başlayan “Sabah”ın qapısında təyin olunan penaltiyə görə rəqib hesabda önə keçdi. Eyden Makkartinin birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması komandanın müqavimətini tamamilə qırdı. Baxmayaraq ki, “Sabah” bu məqamda da ruhdan düşmək istəmirdi, sona qədər mübarizə aparırdı. Lakin “Vikinq” üstünlüyü əldən vermədi və qalib gəlməyi bacardı.
Əsas odur ki, bu bir təcrübədir və “Sabah” cari mövsüm, demək olar ki, Çempionlar Liqasında ilklərə imza atmaqla hər birimizi sevindirdi. Bu təcrübəni də lazımınca dəyərləndirmək və yolumuza davam etməliyik. Qabaqda çox çətin və güclü rəqiblərimiz var və hər bir oyunda bundan əvvəl göstərdiyi 'Sabah' ruhunu, oyun əzmini, yəni vəziyyətdən asılı olmayaraq, heç vaxt oyundan qopmayan təmsilçimizi görmək istəyirik”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 05 Noyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















