Fəthin möhürü kitabı Ayasofyanın tarixini fotolarla təqdim edir
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ayasofyanın yenidən ibadətə açılmasının 6-cı ildönümü münasibətilə hazırlanan "Fəthin möhürü: Ayasofya-i Kəbir Cami-i Şərifi" adlı nəfis nəşr oxuculara təqdim olunub.

Sherg.az xəbər verir ki, 332 səhifədən ibarət kitab türk, ingilis və ərəb dillərində nəşr edilib. Nəşrdə Ayasofyanın 17 əsrlik tarixi, Bizans dövründən Osmanlı dövrünə, muzey olduğu illərdən 2020-ci ildə yenidən məscid kimi ibadətə açılmasına qədər keçdiyi mərhələlər fotoşəkillər, xəritələr, qravürlər və rəsmlərlə əks olunub.

Kitabda ümumilikdə 229 fotoşəkil, o cümlədən indiyədək dərc edilməmiş tarixi kadrlar yer alıb. Nəşrin təqdimat mətninin müəllifi isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.
Bu mövzuda digər xəbərlər:Əsrlərin sükutu: Ayasofyanın qübbəsindən bizə boylanan tarix
09 Mart 2026 15:13
Ayasofyanın əsas günbəzində bərpa işləri böyük diqqətlə aparılır
24 İyul 2026 12:19
XİN nin siyahısında Ayasofyanın keçmiş imamı da var
21 Oktyabr 2026 13:57
Ayasofyanın yenidən məscid kimi fəaliyyətə başlamasından beş il ötür
10 İyul 2025 17:57
Ayasofyanın mehrab hissəsinin günbəzində möhkəmləndirmə və konservasiya işləri başlayır
10 Sentyabr 2026 15:04
Baxış sayı:162
Bu xəbər 28 İyul 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















