Icma.az
close
up
RU
Fethiye: Həyəcanlı yamac paraşütü... FOTOLAR

Fethiye: Həyəcanlı yamac paraşütü... FOTOLAR

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Müasir səyahətçilər artıq yalnız görməli yerləri ziyarət etməklə kifayətlənmirlər. Onlar bir səfər çərçivəsində müxtəlif təcrübələri bir araya gətirən, daha dinamik və zəngin səyahətlərə üstünlük verirlər. Bu tendensiya çoxsaylı fəaliyyətləri özündə birləşdirən idman turizminin inkişafını da sürətləndirir. Son araşdırmalar da bu səyahət modelinə marağın artdığını göstərir. Belə ki, sorğuda iştirak edənlərin 44,1 faizi müxtəlif fəaliyyətləri əhatə edən istirahət proqramlarına maraq göstərib. Bu tendensiya çərçivəsində qadınlar fitnes, yoqa və sağlamlıq yönümlü istirahət proqramlarına daha çox üstünlük verdikləri halda, kişilər canlı idman tədbirlərinə və təlim əsaslı fəaliyyətlərə daha çox maraq göstərirlər. Türkiyə isə müxtəlif turizm istiqamətlərində təqdim etdiyi geniş idman və aktiv istirahət imkanları ilə dəyişən səyahət tələblərini qarşılamaq üçün əlverişli mövqedədir.

Bu təcrübələr arasında yamac paraşütü Türkiyənin özünəməxsus təbiətini və zəngin tarixi mənzərələrini kəşf etməyin ən fərqli yollarından biri kimi seçilir. Adrenalin dolu bu macəranın ən parlaq ünvanlarından biri Muğlanın füsunkar Egey sahilində yerləşən Fethiyedəki Ölü dənizdir. Babadağdan havaya qalxaraq firuzəyi rəngli suların və möhtəşəm təbiət mənzərələrinin üzərində süzmək bir çoxları üçün gerçəkləşən arzudur. Lakin uçuş zamanı yaşanan həyəcan Fethiyedəki macəranın yalnız bir hissəsidir. Bölgə quruda və dənizdə səyahəti davam etdirmək üçün trekking, su idman növləri, yoqa və sağlamlıq proqramlarından tutmuş çoxsaylı fəaliyyət imkanları təqdim edir.

Muğla vilayətinin Türkiyənin seçilən turizm destinasiyalarından biri olan Fethiye şəffaf təmiz suları, dünyaca məşhur çimərlikləri və heyrətamiz təbiəti ilə ziyarətçiləri özünə cəlb edir. Muğlanın bu cənnət guşəsi, eyni zamanda, dünyanın aparıcı yamac paraşütü məkanlarından biri olan Babadağa ev sahibliyi edir. Fethiyədə yamac paraşütü macəra həvəskarlarının mütləq yaşamalı olduğu təcrübələr sırasında xüsusi yer tutur.

Hər il Türkiyədən və dünyanın müxtəlif ölkələrindən minlərlə yamac paraşütü həvəskarını qəbul edən Babadağ Ölü dəniz çimərliyindən avtomobillə təxminən 30 dəqiqəlik məsafədə yerləşir. Türkiyənin “ilk yamac paraşütü destinasyonu” kimi tanınan dağ müxtəlif yüksəkliklərdə yerləşən bir neçə uçuş nöqtəsinə malikdir. Ziyarətçilər dəniz səviyyəsindən təxminən 2 min metr yüksəklikdə yerləşən zirvə də daxil olmaqla fərqli uçuş məntəqələrindən birini seçərək peşəkar və lisenziyalı pilotların müşayiəti ilə tandem (yamac paraşütündə iki nəfərin eyni paraşütlə birlikdə uçmasıdır) uçuşu həyata keçirə bilərlər. Bunun üçün avadanlıqları geyinmək və göyə doğru bir neçə addım atmaq kifayətdir.

Yamac paraşütü uçuşları adətən təxminən 30 dəqiqə davam edir. Uçuş zamanı daha çox adrenalin axtaranlar pilotun nəzarəti altında 360 dərəcə fırlanma və “wingover” kimi akrobatik manevrləri də sınaqdan keçirə bilərlər. Firuzəyi rəngli suların və yamyaşıl meşələrin üzərində süzərək dünyanın ən gözəl çimərliklərindən biri hesab olunan Ölü dəniz sahilinə enmək unudulmaz təəssürat yaradır. Yerə endikdən sonra isə macəranı Ölü dənizin təmiz, ağ qumlu sahillərində dincələrək və kristal kimi şəffaf firuzəyi suların dadını çıxararaq davam etdirmək mümkündür.

Fethiye yamac paraşütündən əlavə, trekkinqdən su idmanlarına qədər geniş fəaliyyət imkanları ilə müxtəlif təcrübələrlə zəngin istirahət axtaran səyahətçilər üçün ideal məkandır. Ölü dənizin üzərində göylərə qalxdıqdan sonra ziyarətçilər səfər proqramlarını quruda və dənizdə saysız-hesabsız macəralarla zənginləşdirə bilərlər.

Bölgənin ən məşhur məkanlarından biri 80-dən çox kəpənək növünə ev sahibliyi edən və xüsusi mühafizə olunan təbiət ərazisi Kəpənəklər Vadisidir. Endemik kəpənək növləri və möhtəşəm təbiət mənzərələri ilə tanınan vadi dünyanın müxtəlif ölkələrindən təbiətsevərləri və kəpənək müşahidəçilərini özünə cəlb edir.

Ziyarət edilməli digər məkan isə Kabak körfəzidir. Faralya kəndinin ərazisində yerləşən bu toxunulmaz körfəz şəhər həyatının gündəlik ritmindən uzaqlaşmaq istəyənlər üçün sakit və özünəməxsus məkan təqdim edir. Təmiz təbiəti ilə seçilən Kabak körfəzi düşərgə həvəskarlarının sevimli ünvanlarından olmaqla yanaşı, Türkiyənin ən çox seçilən yoqa düşərgələrindən birinə də çevrilib. Taxta bungalovlardan dəbdəbəli çadırlara qədər müxtəlif yerləşmə imkanları təqdim edən yoqa mərkəzləri burada iştirakçıları möhtəşəm təbiət qoynunda sağlamlıq və yenilənmə səyahətinə dəvət edir.

Fethiyənin heyranedici sahil coğrafiyası onu su idmanları üçün də əlverişli destinasiyaya çevirir. Dalğıclıq həvəskarları xüsusilə sualtı mağaraları və zəngin dəniz canlıları ilə tanınan Afkuləyə üz tuturlar. Eyni zamanda, möhtəşəm Saklıkent kanyonu Eşen çayı boyunca rafting həvəskarlarına həyəcan dolu anlar yaşadır. Bölgə həmçinin dünyanın ən məşhur uzunməsafəli yürüş marşrutlarından biri olan ev sahibliyi edir. Bu marşrut Aralıq dənizinin nəfəs kəsən mənzərələri fonunda unudulmaz trekkinq təcrübəsi yaşamaq imkanı yaradır.

Fethiyədə bütün bu bənzərsiz macəraları müxtəlif yerləşmə seçimləri və Aralıq dənizi mətbəxinin ləziz nümunələri müşayiət edir. Təzə dəniz məhsulları və yerli şərabların ön planda olduğu gastronomik təcrübələr bölgədəki səyahəti daha da zənginləşdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Avqust 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri