Fəxrəddin Manafov Türkiyədə mükafata layiq görülüb Fotolar
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Xalq artisti Fəxrəddin Manafov Türkiyədə mükafata layiq görülüb.
Axşam.az xəbər verir ki, aktyor İstanbulda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “Beynəlxalq teatr” mükafatı ilə bağlı təqdimetmə mərasiminə qatılıb.
F.Manafov “Türk dünyasının ən yaxşı teatr aktyoru” nominasiyası üzrə mükafata layiq görülüb.
Türkiyənin “Tiyatro” qəzeti tərəfindən təsis edilən X Beynəlxalq Anadolu Teatr Mükafatlarının təqdimetmə mərasimi İstanbulun Mask-Kara Teatrının “Tamer Levent” səhnəsində keçirilib.
Qeyd edək ki, mükafatlar Beynəlxalq Anadolu Teatr Mükafatları jürisi tərəfindən ölkədaxili və xarici teatr fəaliyyətlərinin dəyərləndirməsi əsasında, 2024-2025-ci teatr mövsümündə incəsənətin bu növünə töhfə verən şəxslər, qurumlara və təşkilatlara verilib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 04 Fevral 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















